Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Salyan rayonu Qaraçala qəsəbəsində və Qarabağlı kəndində seçicilərlə görüşlər keçirilib
03.04.18 06:41



YAP Mərkəzi Seçki Qərargahı Salyan rayon şöbəsinin üzvləri partiyanın təbliğat-təşviqat kampaniyası çərçivəsində aprelin 2-də rayonun Qaraçala qəsəbəsində və Qarabağlı kəndində seçicilərlə görüşlər keçiriblər.

Tədbirləri YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov açaraq bildirib ki, keçirilən çoxsaylı görüşlərdən aydın görünür ki, qədirbilən xalqımız ulu öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı kimi ölkəmizin ən yüksək səvityyədə inkişafına nail olan cənab İlham Əliyevə yekdilliklə səs verəcək.

{img1}Görüşlərdə Milli Məclisin deputatları Əliağa Hüseynov, Fəzail Ağamalı, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri İlham İsmayılov çıxış edərək bildiriblər ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində də böyük bir yol qət edib. 2016-cı ilin aprelində işğalçı Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlara verilən cavab, işğal altında olan bir sıra ərazilərimizin azad edilməsi, Lələtəpəyə Azərbaycan bayrağının sancılması Azərbaycan Ordusunun gücünü həm düşmən ölkəyə, həm də bütün dünyaya göstərdi. Prezident İlham Əliyev hər zaman vurğulayır ki, Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. 2016-cı ilin aprel döyüşləri bu faktı düşmən ölkəyə əyani şəkildə nümayiş etdirdi. Azərbaycan Silahlı Qüvvələri bu gün regionun ən nizami və texniki cəhətdən təchiz olunmuş ordusu sayılır. Ordumuzun bütün bu üstünlükləri isə məhz Prezidentimizin yürütdüyü dövlət siyasətinin uğurlu nəticələridir.

Görüşlərdə çıxış edən salyanlılar Prezident İlham Əliyevi qətiyyətli dövlət başçısı, müdrik lider kimi dəyərləndirərək 11 apreldə məhz ona səs verəcəklərini ifadə ediblər.
URL / WWW
http://atxem.az/news/a-15534.html