Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Salyanın Xələc kəndində seçicilərlə görüş keçirilib
04.04.18 01:30



ATXƏM sədri İlham İsmayılov:
" Prezident İlham Əliyev təkcə Yeni Azərbaycan Partiyasının yox, bütövlükdə xalqın namizədidir"


YAP Mərkəzi Seçki Qərargahı Salyan rayon şöbəsinin üzvləri pariyanın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Xələc kəndində seçicilərlə görüş keçiriblər. YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov görüşdə çıxış edərək bildirib ki, salyanlılar 11 aprel prezident seçkilərində cənab İlham Əliyevə səs verməklə xoş gələcəyə, və tərəqqiyə səs vermiş olacaqlar. Ona görə ki, xalqımızın fəxri, böyük və qətiyyətli dövlət başçısı cənab İlham Əliyev ölkə vətəndaşlarının ümid və qürür mənbəyidir. Bütün bunlara rəğmən demək olar ki, YAP-ın namizədi cənab İlham Əliyev salyanlılar üçün nativsiz namizəddir.

{img2}{img1}Görüşlərdə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri İlham İsmayılov çıxış edərək bildirib ki, Prezident İlham Əliyev təkcə Yeni Azərbaycan Partiyasının yox, bütövlükdə xalqın namizədidir. Çünki cənab İlham Əliyev Azərbaycan xalqının nativsiz lideridir və cəmiyyət yekdilliklə onun siyasətini dəstəkləyir. İctimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da göstərir ki, Prezident İlham Əliyevin fəaliyyəti cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı gələcək tərəqqinin əsası kimi dəyərləndirir. Bu isə Azərbaycanda vətəndaşların dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiyini göstərir.

{img3}Görüşlərdə YAP Salyan rayon təşkilatı icra aparatının rəhbəri Mirzə Mirzəyev, Əməkdar müəllim Yaqut Ələsgərova, rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, YAP rayon təşkilatı İdarə Heyətinin üzvü Əbülfət Bədəlov və partiya fəalı Sahib Həsənov çıxış edərək bildiriblər ki, cənab İlham Əliyev Azərbaycanı uğurlu gələcəyə aparan müdrik siyasətçidir və salyanlıların birmənalı olaraq dəyişməz seçimidir. Görüşlərdə aprel döyüşlərində qəhrəmancasına şəhid olan Xələc kəndinin igid oğlu Rəşid Rövşən oğlu Mehdiyevin əziz xatirəsi yad edilib və döyüş zamanı göstərdiyi qəhrəmanlıqdan fəxrlə danışılıb. Çoxsaylı seçicinin iştirak etdiyi görüşlərdə seçicilər yekdilliklə cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.
URL / WWW
http://atxem.az/news/a-15535.html