Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » ATXƏM AR Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovu təbrik edir
23.04.18 23:28



Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi Fuad Muradovu Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilməsi münasibətilə təbrik edir, ona yeni işində uğurlar arzulayır.

Fuad Muradov Milli Məclisin deputatı olaraq, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini, Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü kimi aktiv fəaliyyət göstərib, cəmiyyətdə təşəbbüskar, enerjili bir millət vəkili kimi tanınıb, beynəlxalq əlaqələrin qurulmasında yetərincə təcrübəsi vardır.

{img1}İnanırıq ki, Azərbaycan və Türk dünyasının dispora təşkilatlarının fəaliyyəti ilə də geniş məlumatlı olan Fuad Muradov bu sahədəki boşluqların, diaspor təşkilatları arasında olan narazılqların aradan qaldırılmasına öz töhfəsini verəcək, səfirliklərlə diaspor təşkiltaları arasında əlaqələrin daha da inkişaf etdirilməsinə, diaspora sahəsində fəaliyyət göstərən milli təşkilatlarla əlaqələrin vacibliyinə daha çox diqqət göstərəcək, diasporalarımızın inkişafı üçün nəzərdə tutulan strateji layihələrə dəstək verəcəkdir.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Strasburq "Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin 19-ci ildönümü ilə bağlı 2011-ci il fevral ayının 23-27-də Strasburq şəhərində keçirdiyi silsilə tədbirlərdə Milli Məclisin üzvü Fuad Muradov da fəal iştirak etmişdir.

{img3}{img2}


Bir daha təbrik edirik!

İlham İsmayılov
ATXƏM-in sədri
URL / WWW
http://atxem.az/news/a-15536.html