Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Azərbaycan konstitusion, hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir
13.07.18 05:56



ATXƏM sədri İlham İsmayılov:

"Onu dəyişdirməyə çalışan, bu haqqda düşünən, buna cəhd edən hər bir şəxs ağır şəkildə cəzalandırılmalıdır.


İyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxs xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşları - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasova kəsici-deşici alətlərlə yetirdikləri ağır zərbələr nəticəsində hər iki qanun keçikçisi şəhid olublar. Dövlətimiz, millətimiz və qanunun aliliyini qoruyan hər iki şəhid qardaşımıza Allahdan rəhmət diləyir, cinayətkarların qanun qarşısında ağır şəkildə cəzalandırılmasını tələb edirik. Azərbaycan konstitusion, hüququn aliliyini əsas götürmüş dünyəvi bir dövlətdir və onu dəyişdirməyə çalışan, bu haqqda düşünən, buna cəhd edən hər bir şəxs ağır şəkildə cəzalandırılmalıdır. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi olaraq, ictimai asayişin, sabitliyin, inkişafın davam etməsi üçün dövlətimiz və xalqımızla birlik, bərabərlik içərisində olmaqla yanaşı, həm də bu cür radikal, təxribatçı quruplara qarşıyıq, onların bu gözəl ölkəmizdə qol-qanad açmasına əsla izin verməyəcəyik.
URL / WWW
http://atxem.az/news/a-15542.html