Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Azərbaycan nümayəndə heyəti VI Hun-Türk Qurultayında iştirak etmək üçün Macarıstana gedir
07.08.18 12:19



Avqustun 8-13-də Macarstanda VI Hun-Türk Qurultayı keçiriləcək. VI Hun-Türk Qurultayında iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti avqustun 8-də Macarstana yola düşür.
İki ildən bir keçirilən Qurultayda Azərbaycan, Türkiyə, Qazaxstan, Özbəkstan, Türkmənistan, Qırğızstan, o cümlədən bir çox dövlətlərin tərkibində muxtar subyekt olaraq yaşayan türklər iştirak edəcəklər. Həmişə olduğu kimi bu Qurultayda da 30-a yaxın ölkədən 300 minə yaxın ziyarətçinin qatılacağı ehtimal edilir.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin Newscenter.az-a bildirib ki, Qurultayda iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin tərkibində yer alan ATXƏM sədri İlham İsmayılov, Milli Məclisin deputatı Qənirə Paşayeva, sənətçi Şəmistan Əlizamanlı, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin, QHT təmsilçisi Arzu Bağırova avqustun 8-də Macarstana yola düşəcəklər.

Qeyd edək ki, Qurultayda türk dünyasını düşündürən məsələlər, birgə fəaliyyət proqramları da müzakirə olunur. Eyni zamanda Qurultay Türk xalqlarının birlik və bərabərliyini gücləndirmək üçün önəmli bir əməkdaşlıq platformudur.
URL / WWW
http://atxem.az/news/a-15544.html