Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » İlham İsmayılov “Fəal diaspor sədri” seçildi – FOTO
07.08.18 09:33



Azərbaycan-Türkiyə Evinin (ATEV), Azərbaycan Diasporu İnformasiya Mərkəzinin (ADİM) və Azərbaycanın ilk ixtisaslaşmış diaspor saytı olan “Diaspor.az” xəbər portalının birgə təşkilatçılığı ilə keçirilən “İlin ən fəal diaspor sədri” sorğusunun qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Diaspor.az xəbər verir ki, mərasimdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, ictimai-siyasi xadimlər, Avropadan, Türkiyədən, Rusiyadan, Ukraynadan və digər ölkələrdən diaspor liderləri, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, media rəhbərləri və diaspor fəaliyyəti ilə məşğul olan digər şəxslər iştirak edib.

Mərasimdə iştirak edən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov “Fəal diaspor sədri” seçilib. O, Azərbaycan-Türkiyə Evinin (ATEV), Azərbaycan Diasporu İnformasiya Mərkəzinin (ADİM) və Azərbaycanın ilk ixtisaslaşmış diaspor saytı olan “Diaspor.az” xəbər portalının birgə təşkilatçılığı ilə keçirilən “İlin ən fəal diaspor sədri” sorğusunda iştirak edib və “Fəal diaspor sədri” mükafatına layiq görülüb.

İlham İsmayılov ADİM tərəfindən təltif olunub.

İlham İsmayılova mükafatı təqdim edilib.

Əlavə edək ki, İlham İsmayılov Azərbaycanda yaşasa da, vaxtının çox hissəsini xaricdə Azərbaycanın təbliğinə həsr edib.

Qeyd edək ki, “İlin ən fəal diaspor sədri” sorğusu 2018-ci il iyunun 1-dən 30-a qədər davam edib.

Diaspor.az
URL / WWW
http://atxem.az/news/a-15545.html