Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Uluöndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib
10.05.19 07:21



Azəraycan Milli QHT Forumu (MQF) və Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli lider, Uluöndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirib.

Azəraycan Milli QHT Forumu (MQF) və Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli lider, Uluöndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev və vətəndaş cəmiyyəti” mövzusunda tədbir keçirib. Öncə tədbir iştirakçıları Fəxri Xiyabanda Uluöndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər. {img2}{img1}

Bakı Avrasiya Universitetində keçirilən tədbirdə, Universitetin kafedra müdiri iştirakçıları salamlayaraq, Uluöndər Heydər Əliyevin anadan ölmasının ildönümü ilə əlaqədar universitet tərəfindən həyata keçirilən tədbirlərlə barədə məlumat verdi və MQF ilə əməkdaşlıqdan məmnunluğunu bildirdi. Tədbiri giriş nitqi ilə açan Azəraycan Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd etdi.

Bildirdi ki, Ulu Öndər Heydər Əliyev fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. O, həmçinin 1990-ci ildə Naxçıvanda Uluöndər Heydər Əliyevdən aldığı tarixi müsahibə ilə bağlı xatirələrinindən bəhs etdi. Tədbirdə AXTƏM-nin sədri İlham İsmayılov, MQF-nin vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədva, MQF Elm və Təhsil Mərkəzinin direktoru Leyla Gərayzadə, Gənclər Fondunun sədr müavini Salman Əliyev, 20 yanvar təşkilatının sədr müavini Mustafa Qaramanlı çıxış edərək, Uluöndər Heydər Əliyevin misilsiz xidmətlərinin tarix boyu yaşayacağını, Azərbaycan xalqının xatirində əbədi yaşayacağını bildirdilər.
{img3}{img4}
{img5}{img6}
{img8}{img7}
URL / WWW
http://atxem.az/news/a-15556.html