Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » ATXƏM-in sədri İlham İsmayılova "Beynəlxalq media vəsiqəsi" təqdim edildi
26.07.19 03:58



Azərbaycanın bir qrup jurnalistinə Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi “Beynəlxalq media vəsiqəsi” təqdim edilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimi BJF-nin Azərbaycan üzrə yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) ofisində baş tutub.

2019-cu ilin birinci yarısı üzrə “Beynəlxalq media vəsiqəsi” BJF-nin Azərbaycan üzrə təmsilçisi olan Jurnalistlərin Həmkarlar İttifaqının üzvlərinə - “Xalq” qəzetinin əməkdaşı Anar Əliyevə (Anar Turan), QHT.az xəbər portalının əməkdaşı, araşdırmaçı jurnalist Raminə Ağayevaya (Raminə Eyvazqızı), Demokratik Jurnalistlər Liqasının sədri, Mətbuat Şurası İH üzvü Yadigar Məmmədliyə, “Birlik” jurnalının təsisçisi, Mətbuat Şurası İH üzvü İlham İsmayılova (İlham İsmayıl), müstəqil araşdırmaçı jurnalist Əlimərdan Sultanova, MŞ katibliyinin rəhbəri Şəmsəddin Əliyevə, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının dosenti Tofiq Yusifova verilib.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, BJF təsis etdiyi “Beynəlxalq media vəsiqəsi” jurnalistlər üçün dünyanın bütün ölkələrində qəbul edilən tanıtım nişanıdır. Vəsiqəni əldə etmiş jurnalist onu təqdim etməklə istənilən ölkədə informasiya toplamaq hüququ əldə edir. Bununla yanaşı, kartın digər mühüm statusları da var. Vəsiqə sahibi olan jurnalist risqli bölgələrə səfər edərkən, öncədən məlumat vermək şərtilə, BJF və onun yerli üzv təşkilatı tərəfindən diqqətdə saxlanılır. Bu halda təhlükə ilə üzləşən, təqib edilən, əsir-girov götürülən, xəsarət alan, informasiya əldə etmək hüququ pozulan vəsiqə sahibinin vəziyyətdən çıxması üçün BJF lazımi dəstək göstərir.

Məlumat üçün bildirək ki, “Beynəlxalq media vəsiqəsi” BJF-yə fərdi müraciətlərlə deyil, ölkələr üzrə BJF-nin yerli üzv təşkilatlarının zəmanəti əsasında verilir. Vəsiqəni əldə etmək üçün müəyyənləşdirilən şərtlər sırasına jurnalistika sahəsində fasiləsiz fəaliyyət göstərmək, peşəkar qaydaları bilmək, BJF-nin müəlliflik etdiyi “Jurnalistlər üçün Etik Kodeks”ə hörmətlə yanaşmaq, BJF-nin yerli təmsilçi təşkilatına üzv olmaq, onunla sıx əməkdaşlıq etmək və sair kimi məqamlar daxildir.

Bakı, 26 iyul, AZƏRTAC
URL / WWW
http://atxem.az/news/a-15560.html