Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» İrəvan xanları Hüseynəli xan və Məhəmməd xanın nəslindən olan Əmir Əli Sərdari ATXƏM-in qonağı olub
21.08.19 09:50
Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadənin dəvəti ilə Azərbaycanda səfərdə olan İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani dünən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) qonağı olub. Görüşdə ATXƏM-in sədri İlham İsmayılov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, Prezident Kitabxanasının şöbə müdiri, tədqiqatçı-alim Nazim Mustafa, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə və Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşı Nədimə Rəhimli, Birlik jurnalının baş redaktoru İlqar İlkin, QHT sədri Məhluqə Rəhimova da iştirak etmişlər.
Məlumat üçün bildirək ki, İrəvan xanları Hüseynəli xan və Məhəmməd xanın nəslindən olan Əmir Əli Sərdari İrəvani hal-hazırda Almaniyada yaşayır.
Əmir Əli Sərdari İrəvani ixtisasca mühəndis olmasına baxmayaraq, həm də Azərbaycan tarixi ilə bağlı geniş məlumatlara malik bir şəxsdir. Görüşdə Azərbaycan tarixinin gerçəklikləri, xüsusən xanlıqlar dönəmində İrəvanda Azərbaycan türklərinin durumu, tarixi şəraiti ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Tarixi torpaqlarımız olan İrəvan xanlığının ərazilərində tarixi abidələrimizə, toponimlərimizə qarşı erməni vandalizminin hələ də davam etdirildiyi xüsusi qeyd edilib, bu vandalizmə qarşı beynəlxalq səviyyədə birgə mübarizənin aparılması üçün səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb.
URL / WWW
http://atxem.az/news/a-15561.html