Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Birlik" dərgisinin yeni ¹32 (Sentyabr 2019) sayı dərc olundu
19.09.19 23:34



  • "BIRLIK" dərgisi - Sentyabr 2019-cu il, ¹32


  • "Birlik" dərgimizin 32-ci sayı Azərbaycan Prezidenti İlham Əliyevin sentyabr ayında Bakıda Keçirilmiş Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 22-ci iclasına göndərdiyi məktubla başlayır. Araşdırmalar bölməsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı Adıgözəl Məmmədovun "Azərbaycanı "Türkmənçay" müqaviləsinə sürükləyən səbəblər…" yazısı, anım bölməsində sentyabrın 12-də Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu "İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyi ilə Bakının erməni-bolşevik işğalçılarından azad olumasının 101 illiyinə həsr ediılən "Qafqaz İslam Ordusu və Bakının qurtuluşu" movzusunda keçirilmiş möhtəşəm tədbir haqqında maraqlı yazı, xatirə bölməsində Azərbaycan xalqının sevimli şairi, gözəl insan, saysız hesabsız əsəsrlərin müəllifi Oktay Rzanın həyat yolu işıqlandırılır. Araşdırmalar bölməsində AMEA Elm Tarixi İnstitutunun Tarixşünaslıq və Mənbəşünaslıq şöbəsinin müdiri dr. Ziyad Əmrahovun "Azərbaycan Xalq Cümhuriyyətinin Parlament sənədləri" yazısı öz əksini tapır. Həmçinin sonuncu dərgimizdə AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin (Qəzənfəroğlu) "Türkçülüyün üçlü formulu" yazısı, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan şöbəsinin əməkdaşı Gökçen Acarın "Kalkolitik Çağ'da Doğu Anadolu'nun genel vaziyyeti" yazısı, ADAU-nun assistenti Fərrux Rəhimovun kəşf bölməsində "Göbəklitəpə: tarixin sıfır nöqtəsi" yazısı, Əbülfəz Şeydabəyovun nostalji bölməsində "Keçmiş Bakıya atlı tramvay ilə səyahət" yazısı, tarix üzrə elmlər doktoru Fəxri Valehoğölu-Hacıların "Etnik tariximizə işıq salan əsər (M. Kemalöğlunun "Dede Qorqud" (dastan içrə tarix)" kitabı barədə yazı, Şamil Sadiqin "Şeyx Səfi ocağından zühür edən "Taclı türk yazısı və digər maraqlı yazılar dərc olunmuşdur.

    Dərgini PDF formatda www.atxem.az saytında oxuya bilərsiniz.
    URL / WWW
    http://atxem.az/news/a-15564.html