Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » İlham İsmayılov: "Türkiyəni bu antiterror əməliyyatlarında yalnız qoymayan sadəcə qardaş Türkdilli dövlətlərdir"
15.10.19 08:28



Oktyabrın 9-dan başlayaraq Türkiyə Ordusu Suriyanın milli ordusu ilə birlikdə Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatlarına başlayıb.

Türkiyənin Suriyada "Zeytun dalı" və "Fırat kalkanı" əməliyyatlarının davamı olan bu əməliyyatların da əsas məqsədi bölgəni uzun illərdir ki, bir çox xarici dövlətlərin bölgədə bəsləmiş olduğu və zaman-zaman Türkiyəyə qarşı istifadə etdiyi terror qruplaşmalarından təmizləmək, Türkiyəyə qarşı olan təhdidlərə birdəfəlik son qoymaqdır. Türkiyə Silahlı Qüvvələri Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləməklə həm də Suriyada uzun illərdən bəri davam edən istiqrarsızlığı aradan qaldırmaq, bölgəni güvənli bir hala gətirmək niyyəti güdür.

Təəssüflər olsun ki, NATO üzvü olan dövlətlər bu antiterror əməliyyatlarına dəstək vermək əvəzinə, bölgədə Türkiyəni yalnız qoymaq, onun apardığı antiterror əməliyyatlarına kölgə salmaq niyyəti güdürlər. Lakin Türk Ordusunun hər gün qazandığı zəfər düşmən cəbhəni daha da tələşlandırır, media vasitəsilə beynəlxalq ictimayyətə yalan məlumatlar ötürürlər. Ötən bir həftəyə yaxın zaman ərzində biz həm də Türkiyənin dost və düşmənlərini bir daha görmüş olduq. Ermənilərin bu antiterror əməliyyatına ciddi-cəhdlə qarşı çıxmalarının səbəbi təbii ki, onların da bir gün belə bir antiterror təmilənməyə məruz qalacaqlarını hiss etmələridir. Çünki onlar öz dövlətlərini məhz Azərbaycan torpaqlarında terror üzərində qurublar və bu terroru hələ də davam etdirirlər.

Təəssüf doğuran haldır ki, erməni lobbisi ilə yanaşı ərəb liqasından da Türkiyənin bu haqq işini qınayanlar oldu. Türkiyə uzun illərdir ki, islam dünyasının inkişafına, birliyinə çalışan bir dövlətdir. Görürük ki, Türkiyəni bu antiterror əməliyyatlarında yalnız qoymayan sadəcə qardaş Türkdilli dövlətlərdir. İnanırıq ki, bu son əməliyyatlar hər birimizdə eyni düşüncəni formalaşdırmışdır; Biz bütün Türkdilli dövlətlər birlik və bərabərliyimizi daima qorumalıyıq, söz sahibinə çevrilmək üçün gücümüzü birlikdə istifadə etməliyik. Nicatımız Türk Birliyinin var oluşunda daha aydın şəkildə görünür.

İlham İsmayılov

Azəbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri
URL / WWW
http://atxem.az/news/a-15566.html