Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » İlham İsmayılov: "ABŞ Türkiyənin terrorçuluğa qarşı başlatmış bu əməliyyatlarda dəstək vermək əvəzinə..."
31.10.19 09:53



Oktyabrın 29-da ABŞ Konqresinin Nümayəndələr Palatası saxta “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul edib. Nümayəndələr Palatası Türkiyəyə qarşı “Barış pınarı” əməliyyatı və Rusiyadan S-400-lərin alması ilə bağlı sanksiyaların tətbiqi haqqında qanun layihəsini də təsdiqləyib.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov Nümayəndələr Palatasının bu qərarını qərəzli hesab etməklə, bu qərarın son günlər Türkiyənin Suriyada terrorçulara qarşı apardığı uğurlu əməliyyatlara qarşı qısqanc münasibəti kimi dəyərləndirir. "Təssüflə bildiririk ki, 11 sentyabr kimi ağır terror görmüş ABŞ Türkiyənin terrorçuluğa qarşı başlatmış bu əməliyyatlarda dəstək vermək əvəzinə, Türkiyəyə qarşı hədə-qorxu tonunda sanksiyalar tətbiq edəcəyini bildirir, dolayısıyla regionda gərginlik yaradan qüvvələrin və terrorçuların "çörəyinə yağ çəkir". Hesab edirik ki, 1915-ci il olayları arxivlərin açılması ilə tarixçilər və araşdırmaçılar tərəfindən araşdırılmalı, yalnız bundan sonra erməni xəyanətləri nəticəsində baş vermiş hadisələrə siyasi deyil, hüquqi qiymət verilməlidir".
URL / WWW
http://atxem.az/news/a-15569.html