Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Niderland Krallığında fəaliyyət göstərən Türk media qurumları ilə görüş
08.11.19 05:54



Xəbər verdiyimiz kimi, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Avropada bir sıra tədbirlər keçirir. Layihə çərçivəsində Azərbaycan nümayəndə heyəti Rotterdam şəhərində Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə Niderland Krallığında fəaliyyət göstərən Türk media qurumları ilə görüşüblər.

Görüşdə Niderlandda fəaliyyət göstərən Holandiya Azərbaycan-Türk Kültür Dərnəyinin başkanı İlhan Aşkın, başkan yardımçısı Altan Göleli, Belçika Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, mətbuat nümayəndələri - Dəniz radio və tv sahibi Özcan Özbay, Manşet qəzetinin yazarı Mehmet Ali Topçu, jurnalist Engin Kula, Ahaber TV Hollandiya təmsilçisi Fatih Özyar, Doğuş qəzeti yazarı Zeynəl Abidin Kılıç, Live 24 kanalının aparıcısı Yavuz Nüfel, Gür Media və Güncel haberin yazarı Hikmət Gür, jurnalistlər Ali OkşakŞ Coşkun Yegenoğlu, Bülent Türker iştirak ediblər.

{img2}{img1}Deniz Tv və radio yayınlarının ofisində baş tutan görüş həm də Deniz TV vasitəsilə canlı yayımlanıb. Görüş-müzakirələrdə Azərbaycan həqiqətlərinin Avropada təbliğ olunması, bu təbliğat işində Avropada fəaliyyət göstərən media qurumların üzərinə düşən vəzifələr müzakirə olunub. Canlı yayımda təqdim olunan verlişi buradan izləyə bilərsiniz. Proqram "Azərbaycana tam dəstək" başlığı ilə təqdim olunub.

Qeyd edək ki, görüşdə Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü Əflatun Amaşov, ATXƏM-in sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü İlham İsmayılov, ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin və "Hədəf Global" qrupunun rəhbəri, "Ustad" jurnalının baş redaktoru, dos.dr. Şəmil Sadiq iştirak ediblər.

08/11/2019
URL / WWW
http://atxem.az/news/a-15572.html