Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » İlham İsmayılov: Azərbaycan dövləti münaqişəni həll edib və işğaldan azad edilmiş torpaqlarımızda geniş quruculuq işləri aparılır
16.07.21 09:17



"Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan xarici siyasət kursu öz uğurları ilə seçilir.

Hücum diplomatiyası üzərində qurulan xarici siyasət kursumuz dünya ictimaiyyətinin Azərbaycanla bağlı həqiqətlərlə yaxından tanış olmasına şərait yaradıb. Vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev bugünkü Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqlarında yaradılması ilə bağlı tarixi faktları və dəlilləri çıxış etdiyi xarici auditoriya qarşısında hər zaman açıq şəkildə bildirib. Ölkə başçısı hər zaman deyirdi ki, biz Azərbaycan torpaqları hesabına ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik. Prezidentimiz hər zaman bildirirdi ki, biz Ermənistan ərazisində qalan torpaqlarımıza qayıdacağıq. İyulun 14-də Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı da dövlətimizin başçısı qeyd etdi ki, "indi bütün kommunikasiyalar açılandan sonra, əlbəttə, Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq. Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə". Biz artıq o torpaqlara qayıtmağı bir xəyal deyil, xalqımızın əsas məqsədlərindən biri kimi qəbul edirik. Artıq bizim gündəlik leksikonumuzda Zəngəzur sözü daha çox işlənməyə başlayıb. Çünki biz artıq bu istiqamətdə real addımlar atmağa başlamışıq və ermənilər bununla razılaşmağa məcburdurlar”".

Bu fikirləri açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov deyib.

Onun sözlərinə görə, ölkə Prezidentinin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Fərmanına əsasən Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması tarixi ədalətin bərpasıdır: "Prezident İlham Əliyevin bildirdiyi kimi, əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Ermənistan bu gün bölgədə atəşkəsi pozmaqla, təxribatlara əl atmaqla "münaqişənin davam etdiyi" görüntüsünü yaratmağa çalışsa da, buna nail ola bilmir. Azərbaycan dövləti münaqişəni həll edib və işğaldan azad edilmiş torpaqlarımızda geniş quruculuq işləri aparılır".
URL / WWW
http://atxem.az/news/a-15584.html