Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » İlham İsmayılov: “Hədəflərimizin içində Zəngəzurla yanaşı, təbii ki, İrəvan, Göyçə, Dərələyəz mahalları da yer almalıdır”
17.07.21 02:57



"İndi bütün kommunikasiyalar açılandan sonra, əlbəttə, Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq.

Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə” – bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 14-də Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı səsləndirdi.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov prezidentin çıxışını şərh edərək, bildirib ki, prezident İlham Əliyev hələ 2007-ci ildən başlayaraq öz xarici siyasət kursunu hücum diplomatiyası üzərində qurub: “Ermənistanın Azərbaycanın tarixi torpaqlarında süni şəkildə yaradılması ilə bağlı İlham Əliyev demək olar ki, bütün xarici auditoriya qarşısında hər zaman çıxış edib, tarixi faktlar də dəlillərlə bunu dəfələrlə sübut edib. On il əvvəl prezident ilk dəfə Ermənistan ərazisində qalan torpaqlarımıza qayıdacağımızla bağlı fikirlərini açıq şəkildə bildirməklə, həm də ölkəmizin gələcək milli strategiyasını müəyyən etmiş oldu. Biz artıq o torpaqlara qayıtmağı bir xəyal deyil, xalqımızın əsas məqsədlərindən biri, milli bir konsepsiya kimi qəbul edirik. Artıq bizim gündəlik leksikonumuzda Zəngəzur sözü daha çox işlənməyə başlayıb. Çünki biz artıq bu istiqamətdə real addımlar atmağa başlamışıq və ermənilər bununla razılaşmağa məcburdurlar”.

İlham İsmayılov ermənilərin son günlər Şuşa, Kəlbəcər, Gədəbəy, Naxçıvan istiqamətində atəşkəsi pozmalarına da münasibət bildirib: “Azərbaycan prezidenti Şərqi Zəngəzur iqtisadi zonası yaratdı. Prezidentin də dediyi kimi əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Ermənilər artıq anlayırlar ki, Qarabağ münaqişəsi doğurdan da həll olunub və artıq Azərbaycan yüz il əvvəl Ermənistana verilmiş öz tarixi torpaqlarına qayıtmağı hədəfləyir. Bu hədəflərimizin içində Zəngəzurla yanaşı, təbii ki, İrəvan, Göyçə, Dərələyəz mahalları da yer almalıdır. Ermənistan hakimiyyəti bu gün bölgədə atəşkəsi pozmaqla təsəlli tapmaq və göstərmək istəyir ki, münaqişə bitməyib. Lakin biz münaqişəni həll etmişik və artıq orada quruculuq işlərilə məşğul oluruq. Münaqişənin davam etdiyini imitasiya edən ermənilər heç nəyə nail ola bilməzlər. Bu cür halların davam etməsi Rusiya sülhməramlılarının fəaliyyətinə daha çox kölgə salır”.



Ильхам Исмаилов: «Наряду с Зангезуром, конечно, в наши цели должны быть включены Ереванский, Гейчинский и Даралаязский районы»



«Теперь, после открытия всех коммуникаций, конечно, азербайджанский народ вернется на свои исконные земли. В трехстороннем заявлении от 10 ноября говорится: Все беженцы должны вернуться на свои родные земли. Наша родина - Зангезур, Гейча, Ереван. Мы вернемся. «Конечно», - сказал Азербайджан. 14 июля в поселке Ходжасан Бинагадинского района Баку президент Азербайджанской Республики Ильхам Алиев выступил на церемонии вручения квартир и автомобилей семьям шехидов и инвалидов войны.

Комментируя выступление президента, председатель Центра сотрудничества азербайджанцев и других тюркоязычных народов Ильхам Исмайлов сказал, что президент Ильхам Алиев с 2007 года основывал свою внешнюю политику на наступательной дипломатии. , и исторические факты неоднократно подтверждали это доказательствами. Десять лет назад президент впервые открыто высказал свои взгляды на возвращение нам оставшихся земель на территории Армении, а также определил будущую национальную стратегию нашей страны. Мы больше не рассматриваем возвращение на эти земли как мечту, а как одну из главных целей нашего народа, национальную концепцию. Слово Зангезур уже все чаще используется в нашей повседневной лексике. Потому что мы уже начали делать реальные шаги в этом направлении, и армяне вынуждены с этим согласиться ».



Ilham Ismayilov: "Apart Zangazur, of course, Yerevan, Goycha and Daralayaz districts should be included in our goals"



"Now, after all communications are opened, of course, the Azerbaijani people will return to their ancestral lands. The tripartite November 10 statement states: All refugees must return to their native lands. Our homeland is Zangazur, Goycha, Yerevan. We will return, of course," Azerbaijan said. President of the Republic of Azerbaijan Ilham Aliyev addressed a ceremony of presenting apartments and cars to the families of martyrs and war invalids in Khojasan settlement of Baku's Binagadi district on July 14.

Commenting on the president's speech, Ilham Ismayilov, chairman of the Center for Cooperation of Azerbaijanis and Other Turkic-Speaking Peoples, said that President Ilham Aliyev had based his foreign policy on offensive diplomacy since 2007. that he always spoke in front of all foreign audiences, and historical facts have repeatedly proved this with evidence. Ten years ago, for the first time, the President openly stated his views on the return of the remaining lands to the territory of Armenia, and also defined the future national strategy of our country. We no longer consider the return to those lands as a dream, but as one of the main goals of our people, a national concept. The word Zangazur is already being used more in our daily lexicon. Because we have already started to take real steps in this direction, and the Armenians are forced to agree with it. "

Ilham Ismayilov also commented on the recent ceasefire violations by Armenians in Shusha, Kalbajar, Gadabay and Nakhchivan: “The President of Azerbaijan has created the East Zangazur economic zone. As the President said, if there is East Zangazur, then there is also West Zangazur. Armenians already understand that the Karabakh conflict has been resolved and that Azerbaijan aims to return to its historical lands, which were given to Armenia a hundred years ago. Along with Zangazur, of course, Yerevan, Goycha and Daralayaz districts should be included in our goals. Today, the Armenian government wants to find solace in violating the ceasefire in the region and show that the conflict is not over. However, we have resolved the conflict and are already engaged in constructive work there. Armenians who imitate the continuation of the conflict can achieve nothing. The continuation of such cases further casts a shadow over the activities of Russian peacekeepers.

Paralel.az 17-07-2021
URL / WWW
http://atxem.az/news/a-15585.html