Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » İlham İsmayılov: “İran regionda vəziyyətin stabilləşməsində maraqlı görünmür”
13.10.21 04:53



Bir neçə müddətdir ki, İran və Azərbaycan arasında gərginlik davam edir.

Əslində Azərbaycanın müstəqillik əldə etdiyi gündən İranın narahatlığı, qonşuluq münasibətlərindən daha çox düşmənçilik münasibətləri otuz ildir ki,bəzən açıq, bəzən də gizli formada həmişə davam etdirilib. Hər iki ölkə arasında zamanla siyasi müstəvidə də gərginliklər baş verib.

Amma son dövrlərdə İran həm də Azərbaycana qarşı əzələ nümayiş etdirməyə cəhd göstərir, Azərbaycanla təhdid dilində danışmağa daha çox cəhd göstərir. İran tərəfindən Xarici İşlər Nazirliyi səviyyəsində vəziyyəti yumşaltmağa çalışanlar olsa da, İranın bəzi rəsmi şəxsləri münasibətlərin diplomatik yolla çözümünə əngəl olmağa çalışır, ölkəmizə qarşı yeni əsassız iddialar irəli sürürlər.

Belə iddialardan birini də bu gün İran Xarici İşlər Nazirnin sözçüsü Səid Xətibzadə səsləndirib. Onun iddiasına görə 44 günlük müharibə başlayan vaxtdan terrorçu qrupların Azərbaycan ərazisinə köçürülməsi ilə bağlı onların əlində dəlil-sübutlar, hətta səs yazıları da var.

Məsələyə münasibət bildirən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov bildirib ki, İran rəsmiləri bu iddia ilə ötən il müharibə dövründə də istifadə edirdilər: “İran tərəfi “terrorçu” iddiası hələ müharibənin gedişində səsləndirilibdir. Bu feyk məlumatdır və heç bir sübut təqdim edə bilməyiblər. İran bu iddianı o vaxt səsləndirməyə başladı ki, gizli şəkildə müdafiə etdiyi işğalçı Ermənistan ordusu darmadağın edilmiş, məğlubiyyətləri qaçılmaz idi. Bu vaxt İran rəsmiləri bu iddianı ortaya atmaqla isbat etməyə çalışırdılar ki, yəni Azərbaycan təkbaşına bu üstünlüyü əldə edə bilməzdi. İran rəsmilərinin bu məsələni yenidən gündəmə gətirməsi absurd məsələdir və onlar bu feyk məlumatlardan yenidən ölkəmizə qarşı təzyiq kimi istifadə etməyə çalışır”.

İlham İsmayılov bildirib ki, uzun illərdir Azərbaycanın demokratik və iqtisadi inkişafı İranın müxtəlif mətbuat orqanlarında mütəmadi olaraq təhdid edilir, Azərbaycan dövlətinin rəsmi dövlət adamları, tarixi şəxsiyyələri təhqir olunur, müstəqil dövlət kimi varlığımıza qarşı açıq-aydın şantaj və böhtan dolu hədələr davam etdirilir: “İran uzun illərdir ki, Azərbaycanın dini və milli tolerant ölkə olmasından rahatsızdır. Çünki ölkəmizdə bütün dinlərə olan ilıq münasibət İranın apardığı dini ideoloji siyasətlə tərs mütənasibdir. Odur ki, uzun illərdir bizə həm də islam adı altında öz ideolojisini yeritməyə çalışır. Çünki, İranın siyasi ideoloqları yaxşı anlayır ki, qonşusunda dünyəvi və hüquqi dövlətin olması onun yalançı və geri qalmış ideologiyasının puç olduğunu ən yaxşı şəkildə göstərir. Odur ki, Azərbaycanın daxilində dini və milli irqçiliyin yayılmasında maraqlı olan İran islam dəyərlərini istismar edərək, din pərdəsi altında ölkəmizdə siyasi islamın yayılmasına çalışmaqla, Azərbaycanın dünyəvi, demokratik və hüquqi dövlət anlayışlarına söykənən milli dövlətçilik ənənələrinin təməlini zəiflətməyə səy göstərir. İran uzun illərdir ki, ölkəmizə siyasi islamı ixrac etməyə, məzhəbçiliyi qabartmaqla həm də Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini dəyişməyə çalışıb.Bunun üçün milyonlar xərcləyib, özləri üçün din pərdəsi altında agentura şəbəkəsi yaradıb.Biz bir təşkilat olaraq bu məsələlərə qarşı olmuşuq. On il əvvəl Azərbaycanda təşkil olunan Evroviziya mahnı yarışması zamanı da İran və onun agentura şəbəkəsi ölkəmizdə fəallaşmışdı, bu cür mötəbər bir yarışın Bakıda keçirilməsinə qarşıydı. Biz o vaxt diaspora təşkilatlarımızla birlikdə İran səfirliyi önündə etiraz piketi keçirdik, İranın ölkəmizin daxili işlərinə qarışmasına qarşı çıxdıq.Bu gün də o fikirdəyik ki, İran qonşu dövlətlərin işlərinə qarışmaqdansa, öz daxilində olan insan hüquqları məsələsinə daha çox diqqət ayırsın”.

ATXƏM sədri qeyd edib ki, İran son illər ərzində Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu və ölkəmizin beynəlxalq ali qurumlarda təmsil oldunduğunu həzm edə bilmir, bütün vasitələrdən istifadə edərək, ölkəmizin bu uğurlarına kölgə salmağa çalışırlar: “İran insan hüquq və azadlıqlarının total şəkildə pozulduğu, milli və dini (hətta məzhəb) ayrı seçkiliyini dövlət siyasətinin tərkib hissəsi olaraq həyata keçirən, hüquqi və demokratik prinsiplərə məhəl qoymadan dünyadan təcrid olunmuş şəkildə yaşayan bir dövlətdir. Ona görə də, İran rəsmiləri yaxşı anlayır ki, Azərbaycan ötən il qısa müddət ərzində öz torpaqlarını azad etməklə, həm də regionda situasiyaları dəyişə bilən, regiona yeni münasibətlər gətirən, hətta regionda yeni gerçəklikləri diqtə edən bir dövlətə çevrilib. Bu gün bölgəmizdə 3+3 formatında, yəni Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistanın birlikdə düşünülən regional əməkdaşlı platformasında İran özünü narahat hiss edir və bu əməkdaşlıq arealında özünü tapa bilmir. İran bizi həm də İsraillə əməkdaşlıqda ittiham edir və uzun illərdir apardığı düşmənçilik siyasətinin nədənlərindən biri kimi bunu qeyd edir. Biz uzun illərdir Avropada apardığımız mücadilədə, Azərbaycan həqiqətlərinin təbliğində yəhudiləri də yanımızda görmüşük. Həmin vaxtlar İran din qardaşlarının yanında deyil işğalçı Ermənistanın yanındaydı və ona yardım edirdi.

İran bu gün bölgədə vəziyyətin stabilləşməsində maraqlı görünmür, həmişə olduğu kimi, Ermənistandan istifadə edərək Azərbaycanı zəiflətmək, regionu daima qaranlıq və ixtişaşlar, savaşlar içərisində görmək isdəyir. Amma artıq bu cür yanaşmalara yer qalmayıb. Çünki Türkiyə, Rusiya kimi böyük güclər bu regionun barış, əməkdaşlıq və inkişaf bölgəsi olmasında qərarlıdılar. Sirkə nə qədər tünd olsa, öz qabını sındırar. Bu məsəldən həm Ermənistan, həm də onun havadarı İran nəticə çıxarmalıdır”.

13.10.21

Paralel.az
URL / WWW
http://atxem.az/news/a-15589.html