Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» İlham İsmayılov: "Qafqaz İslam Ordusunun xatirəsi Azərbaycanda əbədiləşdirilməlidir" — MÜSAHİBƏ, 17 dekabr 2021
23.12.21 04:19
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin sədri, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti İlham İsmayılovun Demokrat.az-a müsahibəsi:
— İlham müəllim, bu yaxınlarda Kiyevdə keçirilən beynəlxalq konfransda iştirak etdiniz. Görüşlə bağlı təəssüratlarınız maraqlıdır.
— Biz 44 günlük savaş dövründə, eyni zamanda savaşdan sonra Azərbaycanın haqlı mübarizəsinin yanında olan bir çox dostlarımızın dostluqlarının bir daha şahidi olduq.
Bilirsiniz ki, haqlı mübarizəmizdə yanımızda olan dost ölkələrindən biri də Ukrayna idi. Ukrayna bacardığı qədər bizə dəstək oldu və daim kömək olmağa hazır olduğunu bildirdi. Təbii ki, bizim qardaş Türkiyənin, türk xalqının dəstəyi daha böyük idi. Lakin bununla belə, Pakistandan, Əfqanıstandan, Gürcüstandan da dəstəklər gəldi.
Belə bir misal var: “Dost dar gündə tanınar”. Ona görə də, çətin günümüzdə yanınmızda olan Ukraynanı unutmadıq. Bir çox vəziyyətlərdə Azərbaycanı müdafiə edən Ukraynanın bu məsələsinin ictimai təşkilatlar, diaspor təşkilatları səviyyəsində müzakirəsinə ehtiyac olduğunu düşündük. Öz həmrəyliyimizi bildirməli olduğumuzu düşünərək, əməkdaşlıq etdiyimiz, tanıdığımız təşkilatlarla konfransın təşkil olunması təşəbbüsünü qaldırdıq.
— Konfransda ərazi bütövlüyünün təmin edilməsində Azərbaycan təcrübəsi müzakirə olundu. Bunu necə dəyərləndirirsiniz?
— Tədbirin keçirilməsinin əsas təşkilatçısı biz idik. Sevindirici haldır ki, konfransa diplomatik korpus da böyük dəstək verdi. Bizim Gürcüstanda, Moldovada və başqa ölkələrdən olan səfirliklərimiz və onların nümayəndələri iştirak edirdi. Çünki adını çəkdiyim ölkələr də ərazi bütövlüyünün pozulması, separatizmin olması ilə bağlı problemlər bizim kimi eyni problemi yaşayırlar. Lakin 44 günlük savaşda qazandığımız uğurlar artıq bir təcrübə kimi yayılır, müzakirə olunur, hətta bir çox ölkələrin buna ehtiyacı olduğunu hiss etdik. Çünki onların çıxışlarından, sözlərindən bizim təcrübəyə söykənmələrindən bu hiss olunurdu.
Nəzərinizə çatdırmaq istəyirəm ki, tədbirdə çox sayda Ukraynanın millət vəkilləri, məmurları, kütləvi informasiya vasitələri, ekspertləri, alimləri, ziyalılar iştirak edirdi. Biz orada əsasən həmrəyliyin, birliyin vacib olduğunu bildirdik. Həqiqətlərin dünyaya olduğu kimi çatdırılmasında dostların köməyinə ehtiyac olduğunu diqqətə çatdırdı. Çünki tarixi həqiqətlərin bəzən olduğu kimi çatdırılmasında böyük problemlər olur, biz illərlə bunu yaşamışıq. Ermənilər tərəfindən o qədər yalanlar, uydurmalar deyilmişdir ki, bəzən Avropada bizim dediklərimizə əks təbliğat kimi baxırdılar.
Qeyd edim ki, ən güclü buzun əriməsinin, informasiya blokadasının yarılmasının ən pik nöqtəsi 44 günlük savaşda bizim ölkə prezidenti Cənab İlham Əliyevin dünyanın bir çox kütləvi informasiya vasitəsinə ingilis,rus, türk dillərində verdiyi müsahibələrin əhəmiyyəti oldu. Çünki biz illərlə Avropa Parlamentində, Avropa Birliyində tədbirlər keçirərkən, əvvəlcədən tədbirləri hazırlayırdıq, tərəfdaş olan təşkilatlara göndərirdik. Onlar bizə geri qaytarırdılar ki, burada Qarabağ və erməni adı olacaqsa, bizə maneçilik olacaq və gəlməyəcəklər. Artıq Avropada bu söhbətlər bitib, dəyişin bunu deyirlər.
Onu da qeyd edim ki, biz hər il Xocalı tədbirləri keçirirdik, eyni problemləri yaşayırdıq. Avropada yenidən Xocalı ilə bağlı möhtəşəm tədbirlərin keçirilməsini planlaşdırırıq.
— Konfransda əsasən hansı təkliflər səsləndirildi? Sizin təklifləriniz nədən ibarət idi?
— Ümumiyyətlə, tədbirdə bizim fikirlərimizin, təcrübəmizin bölünməsini çox məmnuniyyətlə, səmimiyyətlə qəbul edirdilər. Çox sevidiricidir ki, indiyə qədər biz gedib eyni dərdləri onlarla bölüşürdük. Necə etmək lazımdır biz onlara, onlar bizə deyirdi, hətta təcrübə mübadiləsi aparılırdı. Ancaq bu dəfə biz tam əksinin şahidi olduq. Onlar bizim təcrübəmizin öyrənilməsinə açıq-aşkar istinad olunduğunu bildirirdilər. Mənim konkret təklifim oldu ki, ictimai təşkilatlar, xüsusən də problemlərlə üzləşən ölkələr, separatizm və ərazi bütövlüyünün pozulması ilə bağlı problemlərlə üzləşən ölkələrin təşkilatları bu istiqamətdə koordinasiyalı şəkildə birgə fəaliyyətlərini qursunlar. Burada əsasən ictimai təşkilatlar, diaspor təşkilatlar nəzərdə tutulur, həmçinin mən aparıcı kütləvi informasiya vasitələrinin, elm adamlarının, ekspertlərin, ziyalıların və s. bu istiqamətdə fəaliyyət göstərən hər kəsin belə koordinasiyalı şəkildə, onlayn konfransların keçirməli, yazışmalar, fikir mübadiləsinin aparılmasına ehtiyac olduğunu bildirdim. Təbii ki, bu təklifim müsbət qarşılandı.
— Səfər çərçivəsində İrpen şəhərində Zərifə Əliyevanın adını daşıyan 12 saylı orta məktəbdədə oldunuz. Bu məktəbin əsas özəllikləri nələr idi?
— Bu məktəbdə çox sevindirici məqamlarla rastlaşdıq. Bir şeyə təəssüf edirəm ki, Azərbaycan ictimaiyyəti belə bir məktəbin olmasından xəbərsizdir, yaxud da çox az hissənin xəbəri var. Ancaq buna nə mətbuatımızda, nə də telekanallarımızda, nə də ki, digər mətbuatlarımız da rast gəlinməyib.
Qeyd edim ki, bu məktəbin çox özəllikləri var. Həmin məktəbin direktoru bir neçə dəfə şəxsən Azərbaycanda olub. Biz məktəbin əsas istiqamətinin nə olması ilə maraqlandıq. Əsasən də burada beynəlxalq dillərin keçirilməsində əsas məqsədin nə olduğunu öyrənməyə çalışdıq. Onu nəzərə çatdırım ki, məktəbdə 12 dildə dərs keçirilir. Avropanın bütün aparıcı dilləri, o cümlədən Şərq dilləri çin, ərəb dili və s.öyrədilir. Hətta, azərbaycan dili də tədris olunur.
Təəssüf ki, türk dili yox idi, ancaq türkoloq alim Fərhad Turanlının köməkliyi ilə yanvardan artıq türk dilinin tədrisinə başlanılacaq. Məktəbin 2400 şagirdi vr və onlar hər il çox yüksək faizlə ali məktəblərə daxil olurlar. Ölkənin daxilində, Avropanın tanınmış nüfuzlu universitetlərində, təhsil olacaqlarında təhsil alırlar. Təsəvvür edin ki, minlərlə insan Zərifə Əliyeva adına orta məktəbin məzunu olaraq hardasa çalışacaqlar, oxuyacaqlar, fəaliyyətlərini davam etdirəcəklər. Bu, bizim nə qədər sevindiricidir. Bu baxımdan çox istərdim ki, ayrıca bir jurnalist ezam olunsun ora və məktəb haqqında geniş bir reportaj hazırlasın. Gedib orada bir neçə gün reportaj hazırlamaq lazımdır səfirlik xətti ilə. Bu təşəbbüsü qaldırdıq, yəqin ki, gələcəkdə buna da nail olacağıq.
— Ümumiyyətlə, bu gün Azərbaycan diasporlarının fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?
— Həmişə demişəm ki, bu gün də deyirəm ki, Azərbaycan diasporlarının xüsusən də, işğaldan torpaqlarımızı azad etdiyimizdən əvvəlki illərdə çox məhsuldar işləri olub. Bu, o demək deyil ki, torpaqlarımızın böyük bir hissəsini azad etmişik, artıq biz fəaliyyət göstərməməliyik. Biz elə qonşularla yaşamağa məhkumuq. Tarixin bir çox dönəmlərindən müəyyən vaxt keçib, insanlar unudub, nəsil dəyişib. Ancaq buna baxmayaraq, ermənilər yenidən hansısa formada dəstək alaraq, təbliğatlarını quraraq bizim xalqımıza zərər vurub, qətllər törədiblər. Bu baxımdan Azərbaycan diasporası həmişə ayıq-sayıq fəal olmalıdır. Lakin bəzən getdiyimiz yerlərdə diaspor təşkilatları fikir ayrılığı var, hətta fikir ayrılığı yox, açıq-aşkar parçalanma deyərdim. Çünki fikir ayrılığı hətta bir təşkilatın içində olanda o, inkişafa aparır. Fərqli fikir söyləmək, nativ təklif vermək gözəl bir şeydir. Ancaq bu gün ayrı seçkilik var. Belə bir narazılıq var ki, gələndə bir qurumla işləyirlər, yaxud da gələndə qurumları görməzdən gəlirlər və s. Onların birləşmək cəhdləri də kosmetik görüntü xarakterli olur.Şox təəssüf ki, bunları real birləşdirməyə də çalışmırlar. Bunlar şəxşən məndə təəssüf hissi doğurur. Çünki uzun illər diaspora fəaliyyəti ilə məşğul olmuşuq. Çalışmışıq ki, neytral fəaliyyətimizi qoruyaq ki, belə hallarda onların bir araya gəlməsində azda olsa töhfə verə bilək. Hətta, mən Avropada açıq çıxışlarımdan da demişəm ki, bəlkə bunu qəsdən törədirlər ki, ümumi işimizə ziyan dəysin. Burada təbii ki, hər hansısa bir formada düşmən əli ola bilər. Siz bunlara niyə gedirsiniz? Onlar o qədər arqumentlər, faktlar bir-birinə qarşı gətirirlər ki, baxırsan bunların çoxu doğurdan da hansısa qurmaya oxşayır. Yəni bu yayılan xəbər yoxlanılmadan yayılıb, artıq inanırlar. Gedirsən əks tərəfdən onu soruşursan görürsən ki, elə səbəblər faktlar gətirir ki, bunlar yalandır. Ona görə də, çox təəssüf edirəm ki, bizim diaspor təşkilatları arasında bu parçalanma var. Ancaq buna baxmayaraq parçalanmış diaspora özü də böyük bir işlər görür, həmişə yüksələn xətlə inkişaf edir.
— Azərbaycanda Nuru Paşaya abidə qoyulması ilə bağlı dəfələrlə sizin tərəfinizdən təkliflər səsləndirilirib. Bununla bağlı hansı addımlar atıla bilər?
— Bəli, xaxtilə Azərbaycanı erməni daşnaklarından, rus bolşeviklərindən azad etmiş Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya abidə qoyulması, onun xatirəsinin əbədiləşdirilməsi və adına küçə verilməsi təklif olunub. Təəssüf ki, bu, hələ reallaşmayıb.
44 günlük savaşdan sonra Türkiyənin qardaşlıq yardımı, dəstəyi bizə bir daha onu göstərdi ki, vaxtında, zamanında bu fədakarlığı etmiş, əslində, sözdə yox işdə göstərmiş Qafqaz İslam Ordusunun xatirəsi Azərbaycanda əbədiləşdirilməlidir. Yəqin ki, bunun zamanı gəldikdə bu məsələ həllini tapacaq.
— Bu gün aktual olan məsələlərdən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Bununla bağlı da sizin də fikirləriniz maraqlı olardı...
— Bu gün Zəngəzur dəhlizinin açılması Azərbaycanın qarşısında ən öndə duran, vacib məsələlərdən biridir. Ölkə başçısı cənab İlham Əliyev Brüsseldə keçirdiyi görüşdə və ondan əvvəlki görüşlərdə də bu məsələni hər zaman önə çəkir. Lakin ermənilər müxtəlif bəhanələrlə bunu yubatmaq istəyirlər, ancaq qeyd edim ki, bu, qarşısı alınmaz məsələdir. Cənab Prezident dəfələrlə vurğulayıb ki, əgər ermənilər problem yaratmasalar, bu xoşluqla daha tez həll oluna bilər. Əgər olmasa, o zaman zorla da olsa həll edəcəyik.
Bildirim ki, əslində Zəngəzur bölgəsi məqsədli şəkildə Azərbaycanın Türkiyədən, o cümlədən Türkiyənin Türk dünyası ilə əlaqəsinin kəsilməsi üçün Ermənistana verilmişdir. İndi tarixi ədalətsizlik bərpa olunmalıdır və bu, çox vacib olan məsələdir. Düşünürəm ki, Cənab Prezidentimiz buna tezliklə nail olacaq.
Aynurə Pənahqızı
Demokrat.az
URL / WWW
http://atxem.az/news/a-15591.html