Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» İlham İsmayılov: "Cənab Prezident, 60 illik yubleyinizi təbrik edirik!
24.12.21 06:34
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:
“Möhtərəm cənab Prezident! Sizi Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi adından və şəxsən öz adımdan 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə can sağlığı, uzun ömür arzulayıram.
Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Sizin Azərbaycana rəhbərlik etdiyiniz dövr tarixdə abadlıq-quruculuq, iqtisadi inkişaf, sosial rifah halının yüksəlməsi, eyni zamanda region dövlətləri arasında ölkəmizin artan nüfuzu və təsir imkanlarının genişlənməsi ilə xarakterizə olunur.
Təbii ki, bütün bu uğurların qazanılması apardığınız müdrik siyasətə, qarşılıqlı diplomatik münasibətlərə və Sizin liderlik xüsusiyyətlərinizə əsaslanır. Bunun nəticəsidir ki, ölkəmiz bu gün regionda əsas söz sahibi ölkələrdən biri olaraq, həm də bölgədə sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarı kimi, örnək bir ölkəyə, əsas güc mərkəzinə çevrilmişdir.
Ötən il otuz ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızda 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan kimi qazandığınız böyük Zəfər yalnız Azərbaycanın deyil, bütün Türk xalqlarının tarixində şərəfli bir Qalibiyyət, Onur və Qürur günü olmuşdur.
Məhz buna görədir ki, İstanbulda keçirilmiş VIII zirvə görüşündə Türk Dünyasının ən ali mükafatı olan “Türk Dünyasının Ali Ordeni”nə layiq görülməyiniz, həm də eyni soykökü daşıyan qardaş Türk xalqların minnətdarlıq duyğusu, Türk torpaqlarının əsarətdən və işğaldan qurtuluşuna görə şərəf nişanı idi.
Bu mükafat həm də, uzun illər ərzində Türk birliyinə xidmətiniz, Türk Birliyi ilə bağlı görülən bütün işlərdə əsas təşəbbüskarlardan biri olmanız, onu dəstəkləməniz olmuşdur.
Türk xalqlarının ortaq diaspora quruculuğu, onların eyni hədəflər uğrunda mübarizə aparmalarının vacibliyi də Sizin tərəfinizdən daima təşviq olunub, bu istiqamətdə vacib təşəbbüslər dəstəklənib.
Rəhbərlik etdiyim Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi də Azərbaycan və Türk xalqlarının diaspor təşkilatları ilə əlaqələrin qurulmasında, ortaq layihələrin həyata keçirilməsində Sizin bu istiqamətdə verdiyiniz “yol xəritəsinə” əsaslanıb və bu siyasəti davam etdirməkdədir. İnanırıq ki, tarixdə hər zaman olduğu kimi bu gün də Azərbaycan Türk dünyasının əsas mərkəzi, ilhamverici bir üzvü olacaqdır.
Möhtərəm Prezident, fürsətdən istifadə edib Sizi bir daha təbrik edir, Sizə uğurlar arzulayıram”.
{img1}
Paralel.az, 24.12.21
URL / WWW
http://atxem.az/news/a-15593.html