Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Hollandiyadan gətirilən əlil arabaları Salyanda daha 3 qazimizə verildi - 09.01.2022
13.01.22 03:33



“Qürbətdən Qarabağa” devizi ilə Hollandiyadan qazilərimiz üçün gətirilən əlil arabaları bu gün Salyanda yaşayan daha 3 qazimizə təqdim edilib.

Qaziler.az bildirir ki, Hollandiya - Azərbaycan türk mədəniyyət dərnəyinin sədri İlhan Aşkının rəhbərliyi, Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzi İctimai birliyinin sədri İlham İsmayılovun dəstəyi ilə baş tutan aksiyada Qarabağ qazilərimiz motorlu əlil arabaları ilə təmin edilib.

İlhan Aşkının iştirakı ilə əlil arabası verilən qazilərimiz Şahin Musaxan oğlu Cəfərov, Dünyamalıyev Vəli Ağacan oğlu və Əliyev Vüqar Vilayət oğludur.

Onu da bildirək ki, əlil arabası verilən hər 3 qazi dövlət tərəfindən mənzillə də təmin edilib.

Əlil arabalarının təqdimatı zamanı İlham İsmayılov çıxış edərək başda İlhan Aşkın olmaqla Niderland-Azərbaycan türk mədəniyyət dərnəyinin rəhbərliyinə, bu işdə əziyyət çəkən hər kəsə təşəkkür edib. Qazilərə göstərilən diqqət və qayğıya görə əməyi keçənlərə xüsusi minnətdarlığını bildirib.

Qeyd edək ki, yanvarın 4-də Niderland-Azərbaycan türk mədəniyyət dərnəyi tərəfindən Azərbaycana gətirilən 100 ədəd motorlu əlil arabalarının 30 ədədi Bakıda həm I Qarabağ müharibəsi, həm də Vətən müharibəsi qazilərinə paylanılıb. Daha 3 ədəd əlil arabasının bu yaxınlarda Ağstafada yaşayan qazilərimizə veriləcəyi qeyd edilib.

{img1}{img2}{img3}{img4}
URL / WWW
http://atxem.az/news/a-15594.html