Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» Zelenskini nə gözləyir: öldürülə bilərmi? - Ekspertdən açıqlama - 25 fevral 2022 il
28.02.22 15:14
Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibə hələ də davam edir. Ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciəti zamanı bildirdi ki, Rusiyanın hədəfi onun ailəsi və özüdür.
Bəs əməliyyatlar zamanı Prezidentin vurulması mümkündürmü? Bu baş verərsə, Rusiya hansı məsuliyyəti daşıyacaq?
Məsələ ilə bağlı Bakupost.az -a Azərbaycanlıların və digər türkdilli xalqların Əməkdaşlıq mərkəzinin(ATXƏM) ictimai birliyinin sədri İlham İsmayılov açıqlama verib.
O, Avropada hakimiyyətə gəlmiş hər hansı bir prezident haqqında belə bir fərman verilə bilməyəcəyini vurğulayıb.
“Bir ölkənin prezidenti o ölkənin simvoludur, legitim seçilmiş prezidentidir. Düzdür, ərəb ölkələrində məsələn, Səddam Hüseyn, Qəddafi hədəf alınmışdı, daha sonra edam olundular. Lakin Avropanın mərkəzində seçki ilə hakimiyyətə gəlmiş, demokratik dəyərlər üzərində öz işini quran prezident haqqında belə bir fərman verilə bilməz.
Bu, rəsmi deyil və sadəcə mətbuatda yayılan xəbərlərdir. İnanmıram ki, bu haqda kimsə düşünə bilər. Nəinki prezident, hər hansı bir dinc vətəndaşın ölümü belə beynəlxalq hüquq normalarına ziddir", - deyə fikirlərini qüvvətləndirib.
Ekspert Rusiya-Ukrayna müharibəsi ilə 44 günlük Vətən müharibəsi arasında müqayisələr edib və Ukraynada vahid fikrin olmamasını əsas mənfi cəhət olaraq qiymətləndirib.
“Biz də bu faciələri bu və ya digər formada yaşamış xalqıq. 30 ilə yaxın torpaqlarımız işğal altında qaldı. 44 günlük Vətən müharibəsindən sonra dünyaya səs salan bir qələbə qazandıq. Bir ay bundan əvvəl Ukraynada səfərdə olmuşuq. 44 günlük haqq savaşımızda Ukrayna hakimiyyətindən tutmuş, millət vəkilləri, sivil toplumlarına qədər hamısının Azərbaycanın yanında olduğu üçün biz də həmrəyliyimizi bildirdik. Oradakı diasporun köməyi ilə həm də bir neçə tədbirlər keçirdik. Ukraynada yaranmış indiki vəziyyətin ən böyük mənfi tərəfi onların birliyinin, vahid fikrin olmamasıdır. Azərbaycanın qələbəsini şərtləndirən əsas məsələ yüksək səviyyədə birliyimizin olmasıdır. Yəni ”Dəmir yumruğ”un olması çox önəmlidir", - deyə o, əlavə edib.
İ. İsmayılov əsrlər boyu birlikdə yaşamış iki xalqın hazırkı müharibəsinin sadəcə Putin hakimiyyətinin siyasəti olduğunu qeyd edib:
“Nə ilə nəticələnəcək məlum deyil. Amma bu, yanlış addımdır. Çünki bu iki xalqın çox oxşar cəhətləri var. Onların arasında düşmənçilik yaratmaq mümkün deyil. Bu insanlar bir-biri ilə döyüşmək istəmirlər. Hətta Avropanın siyasi mərkəzi olan Brüsselin özündə çox fərqli fikirlər var. Hər kəs şokdadır ki, bu, necə baş verdi. Mən də demişdim ki, belə bir müharibənin olacağına inanmıram”.
Fəridə
Baku Post
URL / WWW
http://atxem.az/news/a-15600.html