Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» Macarıstanda VII Hun-Türk Qurultayı (12 -14 avqust 2022 il)
22.08.22 05:24
Hər iki ildən bir Macarıstanda keçirilən Hun-Türk Qurultayı bu il avqustun 12-14-də yenidən gerçəkləşdi. Qurultay tarixi Macarıstan Parlamentində Türk dövlət rəsmilərinin və 200-dən çox nümayəndənin iştirakı ilə rəsmi açılışla öz işinə başladı.
{img1}{img2}Xatırladaq ki, sonuncu dəfə 2018-ci ildə keçirilən VI Qurultaydan sonra bütün dünyada mövcud olan pandemiya şəraitində VII Qurultay da ertələnmiş, iki illik bir fasilə verilmişdi. Bu il keçirilən VII Qurultayın hazırkı dünya gündəmini də nəzərə alsaq, çox maraqlı və yaddaqalan olacağı da şübhə doğurmurdu.
{img3}{img4}Macarıstan Parlamentinin vitse-spikeri, bu Qurultayın əsas hamiçisi kimi tanınan Sandor Lezak hər dəfə olduğu kimi bu Qurultayda da bütün Türk xalqlarına xitabən etdiyi səmimi çıxışı ilə alqışlandı. Natiq çıxışında qədim Hunların övladları olan macar xalqının öz qardaşları ilə yenidən bir araya gəlib, tarixi bağlarını daha da möhkəmləndirməsini bu millətlərin təbii haqqı olaraq qiymətləndirdi. Danışarkən mikrafonda yaranan kiçik texniki nasazlığa özünəxas yumor və incəliklə münasibət bildirdi. "70 il danışdıq səsimizi eşidən olmadı, bu gün isə biz həm danışır, həm də bir-birimizi eşidirik və artıq bizim nə danışdığımızı da hər kəs yaxşı bilir". S.lezak Qurultayın bütün Türk xalqlarının birliyində özünəməxsus yeri olduğunu qeyd edərək, Macar Turan Fondunun sədri Andros Bironun xidmətlərini xüsusi olaraq qiymətləndirdi. "Andras Biro Qurultayın Ruhu və Qəlbidir". Türkiyə Cümhuriyyətinin keçmiş baş naziri Binəli Yıldırım Macarıstan Parlamentində çıxışında bu Qurultayı Türk xalqları arasında tarixi, mədəni, elmi və ekonomi baxımdan olduqca əhəmiyyətli olduğunu bildirdi. "Tarixi İpəkyolu 45 şəhəri bir-birinə bağlayır və bu şəhərlərin ən önəmliləri Türk dövlətlərinin ərazisindədir. Bu yol dünyanın bel sütunudur, dövlətlərin yaratmış olduğu gözəl əlaqələr bu sütunu daha da möhkəmlədir. Bəzi dövlətlər Türk Dövlətlər Təşkilatının nəyə görə yarandığını anlamaqda çətinlik çəkir. Bizim onlara sözümüz budur ki, bu birlik əlaqələrin qurulması, gözəl iqtisadi münasibətlər qurmaq üçün bir vasitədir. Dünyada birliklər mövcuddur və onlar öz bölgələrini inkişaf etdirmək istəyir. Türk Dövlətləri Təşkilatının məqsədləri də yalnız bundan ibarətdir".
{img5}Macar Turan Fondunun rəhbəri Andros Biro Parlamentdəki çıxışında bir daha Hun-Türk Qurultayının keçirilməsinin məqsədlərini, hədəflərini açıqladı. O, bildirdi ki, bu gün buraya toplanan 20-dən çox Hun və Türk kökənli toplumun nümayəndələri böyük bir ailəni təmsil edirlər: "Bizim atalarımız birlikdə tarix yaradıblar, köklərimiz dərinlərdə bir-biri ilə bağlıdır. Bu gün biz bu tarixi kökləri bərpa etməklə, yenidən gələcəyimizə ümidlə baxırıq. Bizim birliyimiz, bir yerdə olmağımız heç kimi narahat etməməlidir. Bu birlik xalqlarımız arasında mədəniyyəti, idmanı, mənəvi yaxınlaşmanı özündə ehtiva edir. Bu cür birliklər dünyada sülh və əminamanlığa xidmət edir". Türksoyun baş katibi Sultan Raev, TürkPA-nın sədri Mehmet Süreyya Er, Türk Akamemiyasının sədri Darhan Qydyrali, Qırğızstanın Mədəniyyət, İnformasiya və İdman naziri Azamat Camankulov da öz çıxışlarında Macarstanın Türk Birliyindəki rolundan danışdı, Türk Dünyasının gələcəyi ilə bağlı fikirlərini bildirdilər.
***
Avqustun 12-də Macarıstanın Buğac bölgəsində Hun-Türk Qurultayı rəsmi törənlə açıldı. Qurultayda Azərbaycan, Türkiyə, Qazaxstan, Özbəkstan, Türkmənistan, Qırğızstan, o cümlədən bir çox dövlətlərin tərkibində muxtar subyektlər olaraq var olan Avarlar, Başkurtlar, Çuvaşlar, Qaqauzlar, Qaraqalpaqlar, Tatarlar, Tuvalar, Yakutlar, Noğaylar, Moğollar böyük bir nümayəndə heyəti ilə təmsil olunurlar. Tədbirdə Macarıstan Milli Assambleyasının (parlament) sədri Laslo Köver və sədr müavini Şandor Lejak, Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini, Türk Dövlətləri Təşkilatının (TDŞ) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər naziri Azamat Jamankulov, TDŞ, TÜRKPA, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının rəhbər şəxsləri və digər rəsmilər də iştirak ediblər.
{img9}{img10}Qurultayın açılış mərasimində həmçinin Azərbaycan Respublikası Milli Məclisinin sədrinin birinci müavini, Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin, Bakı Atatürk Liseyinin direktoru Eylem Gültekin, direktor müavini Samir Turan, liseyin müəllimi Semih İpək, eyni zamanda Azərbaycanın tanınmış tarzəni Arslan Növrəsli, Azərbaycanın əməkdar artistləri Nuriyyə Hüseynova, Qoçaq Əsgərov, Çilənay Hüseynova, Kamran Kərimov, kamança ustası Elnur Mikayılov və “Odlar Yurdu” rəqs qrupu iştirak ediblər. Sənətçilərin Türk Dünyasının zəngin musiqisini əks etdirən ifaları maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.
{img11}{img12}İki gün ərzində qədim Hunların və Türklərin tarixi savaş texniklərini, silah və geyimlərini, oxçuluq məharətlərini canlandıran yüzlərlə göstəri təqdim olunmuşdur. Bu Qurultaya üç gün ərzində bütün Avropadan 200 mindən çox insan qatılmışdı.
{img14}Hun-Türk Qurultayında ən çox maraq göstərilən yerlərdən biri də Qurultay keçirilən ərazidə böyük Atilla "yurta"sının (çadır) qurulması idi. Qara rəngdə qurulan "yurta" tarixə həm də bu vaxtadək qurulan ən böyük çadır olaraq keçir. İki gün ərzində on minlərlə insanın ziyarət etdiyi yurtanın içərisində hunların Altaylardan Karpat hövzəsinə gəlişini əks etdirən əsl tarix canlandırılıb. Yuzlərlə yurtaların qurulduğu böyük ərazidə həm də Macar və Avar qəbilələrinin tarixi, mədəniyyətlərini əks etdirən sərgi düzənlənib.
***
{img15}Təbii ki, Macarların mənşəyi, kimliyi də maraq doğurur.Uzun illər boyu Macarların Fin-Uqor mənşəli olduğu iddia edilmiş, onlar bu cür tanıdılmışdı. Lakin antropoloji və etnoqrafik araşdırmalar aparıldığı zaman ortaya çıxan müxtəlifliklər onların yenidən köklü şəkildə araşdırılması ehtiyacını yaratmışdı. Çünki bir çox araşdırmaçılara görə, Macarlar Orta Asiyadakı türk xalqları ilə böyük bənzərliklərə sahibdirlər. Macarların etnogenetik hərəkətləri Altaylaran başlayaraq, Qazaxstanın və Özbəkstanın bəzi yerlərindən keçmişdir. Macarların Orta Asyadan Qərbə köç etdikləri və Aral-Həzər bölgəsində uzun zaman qaldıqları təxmin edilir. Macar qəbilələri Xəzər xanlığının tarixində də böyük rol oynamış, bu xanlığın ordusunun əsas hissəsini təşkil etmişlər. Buna görə də Macarların etnogenetik hərəkətlərinin böyük bir bölümü Şimali Qafqazda (Dağıstan, Çeçenstan, Kabardin-Balqarya, Karaçay) keçmişdir. Macar qəbiləlrinin bir qismi cənubi Qafqaza getmiş (Savard Macarları) və Cənubi Azərbaycanda yerləşmişlər. Bəzi araşdırmaçıların iddialarına görə, Savard macarları Azərbaycan xalqının etnogenezində də yer almışlar. Orta əsrlərdəki macar tarixçiləri Arpad xanədanlığının Atilladan, Hun imperatorluğundan gəldiyini qeyd edirlər. Bütün bunlar macar əfsanələrində də qeyd olunmuşdur.
{img17}{img18}Elmi araşdırmalara görə, V əsrin əvvəllərindən başlayaraq, Hunlar Karpat hövzəsinə gələrək, Macarstanı Avropa imperatorluğunun mərkəzinə çevirmişlər. Hun imperatoru Atilla imperatorluğu məhz buradan idarə etmiş, əfsanələrə görə ölərkən də Macarstan torpaqlarında Tisa çayının altında dəfn etmişlər. Atillanın ölümündən sonra Hunların hökmü altında olan Karpat hövzəsinin ərazilərini german xalqları öz idarəçilikləri altına almışlar. Atillanın ölümündən sonra Hunların böyük bir qismi Şərqə qayıdaraq, Qaradənizin şimal sahilində və Qafqazın şimalında yerləşdilər. Daha sonra onlar buradan macar qəbilələri adıyla Qərbə köç edərək, birdəfəlik Karpat hövzəsinə yerləşdilər.
{img19}
{img20}
{img23}
{img22}
{img26}
{img27}
İlqar İlkin
URL / WWW
http://atxem.az/news/a-15605.html