Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Əsla unutmarıq...unutdurmarıq... - 24 fevral 2017
27.02.23 06:19



24 fevral 2017-ci ildə Brüsseldə - Avropa Komissiyası önündə Xocalı mitinqi keçirilmişdi.

Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ve Azerbaycanlıların ve diger Türkdilli Xalqlarin Emekdaşlıq Merkezi AR Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Xocalı faciəsinin 25-cü ildönümü ilə bağlı 2017-cu ilin fevral ayının 22-26-da Avropanın siyasi mərkəzi hesab olunan Brüssel şəhərində silsilə tədbirlər həyata keçirir.

{img1}Tədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının sektor mudiri Qafar Əliyev, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, ATXƏM-in sədri İlham İsmayilov, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin iştirak edirlər.

{img2}Fevralın 24-də Azərbaycan nümayəndə heyəti Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Brüsseldə - Avropa Birliyi siyasətinin planlaşdırıcısı və koordinatoru olan Avropa Komissiyasının binası önündə ATXƏM və Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkil etdiyi Azərbaycan və Türk diaspora təşkilatlarının nümayəndələri, tələbələr və yerli sakinlərin iştirakı etdiyi mitinqə qatıldılar.

{img3}Mitinqi Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi və ATXƏM-in sədri, MŞ İdarə Heyətinin üzvü İlham İsmayılov açaraq ermənilərin son yüz il ərzində Azərbaycan torpaqlarında etnik təmizləmə siyasəti yürüdərək, bir neçə dəfə soyqırım aktlarını törətdiklərini qeyd ediblər. Ayhan Dəmirçi qeyd edib ki, ermənilərin regionda apardığı bu mənfur siyasətin nəticəsi olaraq, XX əsrin sonunda bütün dünyada insanlıq ayıbı olan Xocalı soyqırımı faciəsi yaşanıb.

{img4}İlham İsmayılov bildirib ki, faciənin miqyasının dünyaya çatdırılması eyni zamanda Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinin təbliği baxımından son dərəcə vacibdir. "Ermənilər bütün dünyada özlərini soyqırıma məruz qalan məzlum xalq kimi təqdim edirlər. Lakin artıq bütün dünyada hər kəs anlamağa başlayıb ki, ermənilər əslində Azərbaycan torpaqlarında özlərinə dövlət qurublar, azərbaycanlılara qarşı bir neçə dəfə soyqırım törədiblər. Lakin bu gün bir çox aparıcı dövlətlər bu həqiqətləri bilsələr də, təəssüf ki ikilistandart yanaşmalarla məsələlərə siyasi don geydirir, Türk dünyasına təzyiq etmək üçün erməni yalanlarına haqq verməyə çalışırlar". Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev bildirilib ki, Xocalıda dinc əhaliyə, ahıllara və uşaqlara qarşı törədilmiş amansız qətliamlar müasir dünya düzəninin dinc və birgəyaşam qaydalarına kökündən vurulmuş zərbədir. Bu cür dəhşətli faciəni həyata keçirənlərin hələ də məsuliyyətə cəlb olunmamaları insanlıq adına utanverici haldır və bu qətliam bütün dünyada soyqırımı kimi qəbul olunmalıdır. Azərbaycan xalqı bütün dünya birliyindən məhz bunu gözləyir. İnanırıq ki, doğrudan da bir gün hamı Xocalıdakı soyqırımlara ədalətlə yanaşacaq və soyqırım faktı kimi qəbul edəcəklər.

{img5}Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Xocalı faciəsinin dünya mediasının gündəminə çatdırılması sahəsindəki işlərin daha da intensivləşdirilməsinin vacibliyini önə çəkib. O, qeyd edib ki, ermənilər uzun illərdir qondarma “erməni soyqırımı” iddiası ilə dünya gündəmini işğal ediblər. Bu bir gerçəkdir ki, Ermənistan dövləti erməni lobbi və diaspor təşkilatlarının maraqlarına uyğun fəaliyyət göstərir, erməni kilsələrinin siyasi xarakterli oyunlarının vasitəçiliyini görür, dünyanın real idarəçilik prinsiplərindən uzaqlaşır. Millət vəkili ermənilərin bu fəaliyyətlərinə qarşı əks təbliğatın aparılmasının zəruriliyindən də söz açıb. O qeyd edib ki, Avropadakı türk və azərbaycanlı diaspor təşkilatlarının bu prosesdə tənzimləyici rol oynaması yalnız ümumi işin xeyrinədir.

"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, ATXƏM-in icra katibi, «Birlik» jurnalının baş redaktoru İlqar İlkin , Türk Gent ocagı kurucu başkanı Recep Tuncer Sarı, Holandiya Azerbaycan Evinin rehberi İlhan Aşkın və başqaları Xocalı soyqırımının dünyaya tanıdılmasını yönələn tədbirlərin mütəşəkkiliyinin faydalı cəhətlərinə diqqət çəkiblər. Onlar Xocalıda baş verən dəhşətlərə siyasi qiymətin verilməsinin zəruriliyindən danışaraq, beynəlxalq ictimaiyyəti ümumən Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe göstərməyə çağırıb.

Elçin Mirzəbəyli bildirib ki, Xocalı soyqırımı hadisələri göz önündə baş verib: “Çoxlu sayda video materiallar, foto faktlar var. Bütün bunlara baxmayaraq beynəlxalq ictimaiyyətin Xocalı soyqırımına hələ də tam ciddi yanaşmaması və ikili standartlardan çıxış etməsi təəssüfləndiricidir. Lakin biz dünyadakı reallıqları bilirik. Bu reallıqlara uyğun da Azərbaycan dövləti müvafiq addımlar atır. Erməni lobbisinin və diasporasının ciddi təzyiqləri, Ermənistanın himayə olunması fonunda “Xocalıya ədalət” kampaniyası çərçivəsində son illər ərzində görülən işlər kifayət qədər uğurlu hərəkətlərdir. Bunun davam etdirilməsi soyqırımı faktının tanınmasının əhatəsini genişləndirə bilər”. Qeyd edək ki, 200 nəfəre yaxın nümayəndənin qatıldığı mitinqin sonunda dünya ictimaiyyətinə müraciət qəbul olunub və Avropa Birliyinə üzv ölkələrin Brüsseldəki nümayəndəliklərinə təqdim olunub.

ATXƏM-in Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15620.html