Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» İlham İsmayılov: "Azərbaycan-Türkiyə arasında bütün sahələrdə olduğu kimi ictimai platformalarda da güclü birlik olmalıdırlar"-15 May 2023 il
08.07.23 04:46
Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizlə yanaşı, bir çox ölkələrdə də geniş şəkildə qeyd edilir.
Belə tədbirlərdən biri də mayın 10-da Türkiyənin paytaxtı Ankara şəhərində keçirildi. Yüksək səviyyədə təşkil olunmuş bu tədbirdə Azərbaycandan bir qrup QHT və media rəhbərləri də qatılmışdı. Tədbirdə iştirak edən Azərbaycanlıların və digər Türkdilli Xalqaların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov səfərlə bağlı öz fikirlərini bölüşüb.
- İlham müəllim, Türkiyə səfərinin məqsədi nə idi və kimlər iştirak edirdi?
-Bu səfər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı, Agentliyin icraçı direktoru Aygün Əliyevanın rəhbərliyi ilə baş tutdu. Əvvala deyim ki, səfərdə iştirak edən heyətin tərkibi də maraqla seçilmişdi, daha çox gənclərin və Azərbaycan-Türkiyə münasibətlərinə aidiyyatı olan insanların bu qrupda təmsil olunması səfərin əhəmiyyətini daha çox artırırdı. Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Azəri-Türk Qadınlar İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Erasimus Tələbə Şəbəkəsi Azərbaycan İctimai Birliyinin sədri Orduxan Qəhrəmanzadə, "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Aqil Ələsgər, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdi, Qlobal Jurnalistlər Şurasının sədri Elşad Eyvazlı, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal, İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı, Qərbi Azərbaycan İcmasının nümayəndəsi, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov, Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin sədri Əfsələddin Ağalarovun bu səfərdə iştirakı heyətin tərkibini rəngarəng etməklə yanaşı, həm də əlaqələrin daha da inkişafına dəstək olurdu. Bu adamların ayrı-ayrılıqda hər birinin Türkiyə ictimai-siyasi həyatında yaxşı münasibətləri və əlaqələri mövcuddur.
Səfərin ana məqsədi təbii ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini qeyd etmək idi. Hesab edirəm ki, Ankarada keçirilən bu tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu. Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olundu, ən gözəl xatirələr söyləndi, Heydər Əliyevin Türk dünyası ilə bağlı fəaliyyəti qeyd edildi. Tədbirdə Türkiyə prezidentinin müşaviri Mücahit Küçükyılmaz, Türkiyə Daxili İşlər Nazirliyi Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin rəisi Əhməd Türköz, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri, professor Aygün Əttar, Ankara Universitetinin rektoru Necdet Ünüvarın iştirakı Ulu Öndərə və tədbirə verilən yüksək qiymətin göstəricisi idi. Təbii ki, tədbirdə bu gün Azərbaycan-Türkiyə münasibətləri, ölkələrinmiz arasındakı strateji əməkdaşlıq, regionda sülhün, təhlükəsizliyin təmin olunmasında birgə mübarizə metodlarımız da politoloji aspektdən bir daha müzakirə olundu.
- Səfər çərçivəsində əsrin ən böyük fəlakətinin yaşandığı, üç ay əvvəl zəlzələnin yerlə-yeksan etdiyi Kahramanmaraşda da oldunuz. Təəssüratlarınız necədir?
- Bəli, Türkiyəyə səfər çərçivəsində dağıdıcı zəlzələyə məruz qalan Kahramanmaraş bölgəsində də olduq. Burada Azərbaycan adı ilə salınacaq yerlə tanış olduq. Zəlzələdən ziyan çəkən insanlarla görüşdük. Təbii ki, üç aydır qardaş Türkiyədə baş verən bu dağıdıcı fəlakət hər birimizin ürəyində ağır acılar yaşadıb. Onların düşdüyü durumlar bu gün çox ağırdır. Bizim ən böyük vəzifəmiz isə onlara hər zaman dəstək olmaqdır. Üç ay öncə zəlzələ baş verən andan biz ölkə olaraq səfərbər olduq, əlimizdən gələn köməkliyi öz qardaşlarımıza göstərdik. Rəbərlik etdiyim təşkilat da o ağır günlərdə yardım aksiyalarına ilk qoşulanlardan oldu, imkanımız çatan dəstəyi əsirgəmədik. Doğrudur, bu gün onların durumu bir qədər çətindir, yaşam şərtləri ağırdır. Lakin inanırıq ki, bir il ərzində bu çətinliklər arxada qalacaq, onlar yenidən haqq etdikləri həyatı yaşayacaqlar.
-İlham müəllim, Sizin Türkiyə səfərinz ərəfəsində bəzi QHT-lər Agentliyə narazılıq bildirib ki, bu səfərə onlar niyə qatılmayıblar. Fikirləriniz maraqlı olardı?
- Əvvala deyim ki, bu səfərdə mən şəxsən ilk dəfədir ki, Agentliyin dəvətilə iştirak edirdim. Agentliyin keçirdiyi bir çox tədbirlərdə biz dəvət olunmamışıq və iştirak etməmişik. Biz bundan heç bir vaxt rahatsız olmamışıq. Mənim rəhbərlik etdiyim təşkilat 15 ildən çoxdur ki, Türk dünyası ilə bağlı fəaliyyət göstərir. Türkiyədə, Avropanın siyasi mərkəzlərində onlarla layihə həyata keçirmişik. Xaricdə keçirilən layihələrin bir çoxu Agentlik tərəfindən də dəstəklənib. Yəni dediyim odur ki, əgər doğurdanda kimsə etiraz edirsə ki, Ankaradakı tədbirə niyə İlham İsmayılov gedib, biz yox, buyursun gəlsin izah etsin görək onun bu səfərə mütləq getməsi üçün hansı əsası vardı? Yaxud, bunu Tənzilə Rüstəmxanlı haqqında da deyə bilərəm. Bu xanım ömrünü Türk dünyası üçün verib, Türkçülüyün Azərbaycandakı simvol isimlərindən biridir. Kimsə deyirsə, Tənzilə xanım yox, mən orada olmalıyam, buyursun önə çıxıb desin bunu. Yaxud Aqil Camal, Aqil Ələsgər... Yəni demək isdədiyim odur ki, QHT-lər arasında bu cür yanaşmalar doğru sayıla bilməz. Bu cür ittihamlarla kimisə qaralamaq olmaz. Agentliyin fəaliyyətinə gəldikdə isə, deməliyəm ki, bu qurum son vaxtlar Azərbaycan-Türkiyə ictimai qurumlar arasında əlaqələrin inkişafına xüsusi önəm verir, əlaqələri strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə daşıyır. Hesab edirəm ki, "bir millət, iki dövlət" prinsiplərindən çıxış edərək, hər iki qardaş ölkə ictimai platformalarda da birlik olmalıdırlar.
Turkustan.az
URL / WWW
http://atxem.az/news/a-15621.html