Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » İlham İsmayılov: “Beynəlxalq Qırmızı Xaç Komitəsi dərhal etiraz bildirilməlidir”- 11 may 2023 il
11.07.23 23:34






Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin bu gün yaydığı məlumata görə, Ermənistan Respublikası ilə dövlət sərhədində “Laçın” dövlət sərhədinin buraxılış məntəqəsindən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrində qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkar olunub.

Əsasən telefon, telefon hissələri, siqaret və benzin kimi məhsulların aşkar olduğu sərhəd və gömrük nəzarəti məntəqələri bunlarla bağlı yetərincə faktları da açıqlayıb. 


BQXK-nın mandatına uyğun olmayan bu cür halların qarşısı necə alınmalıdır?


Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Demokrat.az-a açıqlamasında bildirib ki, BQXK-ya məxsus olan və tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi əvvala bu beynəlxalq təşkilatın öz imicinə mənfi təsir göstərir: 


“Baxmayaraq ki, bu qurum bir neçə dəfə bu cür halları təkrarlayıb və rəsmi xəbərdarlıqlara etinasız yanaşıb. Beynəlxalq Qırmızı Xaç Komitəsi humanitar bir təşkilatdır.  Bu humanitar təşkilatla bağlı protokolları imzalayan dövlətlər bu təşkilata beynəlxalq və daxili silahlı münaqişələrin qurbanlarını qorumaq üçün mandat vermişdir. Bu mandatla təşkilat müharibə yaralılarını, əsirləri, qaçqınları, mülki şəxsləri və digər qeyri-döyüşçüləri qorumaqda səlahiyyətlidir. Təşkilata məxsus nəqliyyat vasitələrində qaçaqmalçılıqla bağlı halların olması isə qəti yolverilməzdir. Bu nə Azərbaycan qanunlarına, nə beynəlxalq qanunlara, nə də ki, insani dəyərlərə uyğun olmayan bir hərəkətdir”.


İlham İsmayılov deyib ki, bu cür halların qarşısını almaq üçün BQXK-nın Cenevrə ofisi dərhal məlumatlandırılmalı və etiraz bildirilməlidir: 



Elmar Heydərli


Demokrat.az
URL / WWW
http://atxem.az/news/a-15627.html