Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» Azərbaycanda səfərdə olan İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin üzvləri bu gün Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyində olublar. - 14.09.2023
14.09.23 03:05
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə baş tutan görüşdə səfir Cahit Bağçı qonaqları salamlayaraq, bildirib ki, hər iki qardaş ölkənin ictimai təşkilatları arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi olduqca vacibdir.
{img1}{img2}Səfir qeyd edib ki, Azərbaycan və Türkiyə arasında bu günkü strateji müttəfiqlik ən yüksək səviyyədədir, yüz illik Qars müqaviləsindən sonra Şuşa bəyannaməsinin imzalanması ilə ölkələrimizin siyasi və hərbi gücü daha da artıb.
ATXƏM sədri İlham İsmayılov bildirib ki, uzun illərdir ki, Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik birləşmələrindən azad etməsi gününü İSTAD-la birlikdə hər il ənənə olaraq qeyd edirik. Əvvəllər bu günün anlamını çox az adam bilirdisə, bu gün artıq Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun tarixi missiyasını və xidmətlərini artıq hər kəs bilir və bayram ab-havasında qeyd edir.
{img3}{img4}
S.Karakoyunlu qeyd edib ki, Qubada soyqırım abidəsini ziyarət etdik və çalışırıq ki, bu həqiqətləri bütün dünyaya yayaq ki, əslində ermənilər soyqırıma məruz qalan yox, soyqırım törədən xalqlardı.
URL / WWW
http://atxem.az/news/a-15630.html