Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Tanınmış jurnalist TƏLTİF EDİLDİ - 29 May 2024 il
05.06.24 12:43



Tanınmış jurnalist, “Yeni Müsavat” Media Qrupunun əməkdaşı Elşad Paşasoy 50 illik yubileyi münasibətilə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) tərəfindən təltif olunub.

Musavat.com-un Demokrat.az-a istinadən xəbərinə görə, mükafatı Elşad Paşasoya ATXƏM sədri İlham İsmayılov şəxsən təqdim edib.

Təqdimat zamanı ATXƏM sədri İlham İsmayılov Elşad Paşasoyun keçdiyi jurnalist fəaliyyətinə toxunaraq, onun qələmə aldığı yazıların Azərbaycan cəmiyyəti və Türk dünyası üçün, həmçinin ölkəmizdə diaspor quruculuğunun inkişafında xüsusi əhəmiyyət kəsb etdiyini deyib.

İlham İsmayılovun sözlərinə görə, Elşad Paşasoy müasir Azərbaycan mediasında önəmli yerlərdən birini tutub.

Daha sonra ATXƏM sədri jurnalistə gələcək fəaliyyətində daha böyük nailiyyətlər və uğurlar arzulayıb.

Öz növbəsində Elşad Paşasoy da təltifə görə, İlham İsmayılova və rəhbərlik etdiyi ATXƏM-in kollektivinə təşəkkür edib.

Görüşdən sonra xatirə fotosu çəkilib.
URL / WWW
http://atxem.az/news/a-15643.html