Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » "Qafqaz evi - regionda sülh və təhlükəsizlik" İdeyası ilə bağlı dəyrmi masa keçirilib - 28.06.2024
01.07.24 02:13



Bu gün, iyunun 28-də Sosial Tədqiqatlar Mərkəzində Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Cəmiyyətin İnkişafı Mərkəzi" Ictimai Birliyinin həyata keçirdiyi "Qafqaz evi - regionda sülh və təhlükəsizlik" İdeyası ilə bağlı dəyrmi masa keçirilib.

Tədbiri Sosial Tədqiqatlar Mərkəzinin icraçı Direktoru Sahib Məmmədov açaraq, Mərkəzin Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunması yönündə apardığı tədqiqatlar barədə məlumat vermişdir.

{img1}Daha sonra AR QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli, "Cəmiyyətin İnkişafı Mərkəzi" İB-nin sədri Əhməd Abbasbəyli, "Qafqaz evi - regionda sülh və təhlükəsizlik" İdeyası kitabının tərtibatçısı Xalid Ələkbərov, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İB-nin sədri İlham İsmayılov mövzu ətrafında geniş cıxış edərək, Qafqazda sülh və əmin-amanlığın bərqərar olması istiqamətində aparılan siyasətin, həyata keçirilən tədbirlərin, "Qafqaz evi" sülh strategiyasının dəyərləndirilməsinin nə qədər önəmlı olduğunu qeyd etmişlər. Həmçinin İlham İsmayılov gələcəkdə Azərbaycanla yanaşı Türkiyə, Gürcüstan və, o cümlədən Ermənistanın da həqiqətpərəst ziyalılarının bu layihənin gerçəkləşməsi üçün görüləcək işlərə cəlb olunması təklifini irəli sürmüşdür.

{img2}Tədbirin sonunda müzakirələr aparilmışdır.

ATXƏM Mətbuat Xidməti
URL / WWW
http://atxem.az/news/a-15648.html