Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» Ruhu hayqırtı - 08.07.2024
08.07.24 12:54
Elə yaşamalısan ki,öləndən sonra da ölməyəsən. Həyatın məqsədi məhz bundan ibarətdir. M. Cəlil
Həyat harada sona yetəcəyi bilinməyən yoldur,bizdə bu yolun yolçuları. Amma hərdən dönüb geriyə,buna qədər keçdiyin yollara baxmalısan. Xatirələrin cilovundan tutub,ötən günlərə boylanıram. 2010-cu ilin isti yay günlərinin birində ATXƏM-in sədri İlham İsmayılovun rəhbərliyi ilə Naxçıvana səfər etmişdik. Orada bizi gözləyən qardaş Türkiyədən gəlmiş bir qrup həkimlə konfrans keçirilməli idi. İki günlük konfransdan sonra Naxçıvanın görməli,gəzməli yerlərinə səyahətə başladıq. Məşhur Batabat yaylağında olduq,üzən adanı seyr etdik. Daha sonra dünyaca məşhur "Əshabi Kəhf"ziyarətgahında olduq. Ziyarətgahda ən ucada yerləşən hücrəyə bənzər yerdə ürəyində niyyət tutub divardakı lövhəciyə daş atırsan. Əgər niyyətin həyata keçəcəksə daş sanki maqnit divara yapışıb qalır. Bu ayini icra edənlər çox idi. Amma mənim fikrim İlhamda idi. Onun atdığı daşın divara yapışdığını və İlhamın gözündəki parıltını görüb ondan soruşdum:
-Sirr deyilsə,nə arzu etdin? Kövrək səslə -Qarabağın azad olunmasını,Türk dünyasının birləşməsinin Turanın qurulmasını niyyət etmişdim.
Şükürlər olsun ki,o vaxt xəyal olan arzular çin oldu. Qarabağımız azaddır. Turan quruculuğu üçün Türk dövlətləri səviyyəsində əməli işlər görülür,qərarlar qəbul edilir.
Höte yazırdı:
"Allahın yaratdıqlarının içində ən heyrətamiz insan şəxsiyyətidir" Mən İlhamın şəxsiyyətində ki xüsusiyyətləri bir neçə kompanetdə görürəm.
{img1}Birincisi bioloji tərəfi. O insanın xilqətində irsi olur.başqa sözlə desək,bu şəxsiyyətin binasının özlü bünövrəsi,zatıdır.
İkincisi şəxsiyyətin sosial tərəfidir. Bu onun istiqamətini,məqsədini,inamını və mənəvi keyfiyyətini xarakterizə edir.
Üçüncüsü şəxsiyyətin özünəməxsus fərdi psixoloji proseslərin xassəsi olub,yaddaşın tipi və qətiyyətidir.
Dördüncüsü insanın vərdişi təcrübəsidir,onun hazırlıq səviyyəsi,biliyin həcmi və kefiyyətidir.
Mənə belə gəlir ki,göstərdiyim bu kompanentlər İlhamın xarakterini bütövlükdə təcəssüm etdirir. Çünki o,ona xas olan şəxsi xarakterləri və orjinal keyfiyyətləri ilə təkrar olunmazdır. Bütün bunlar bizdə o qənaiti yaradır ki,qəhrəmanımızı deputat görmək arzusunda yanılmamışıq.
Sarvan Mirzə Cəfər
URL / WWW
http://atxem.az/news/a-15654.html