Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Kor atı minib, köndələn çapanlar... - 10.07.2024
10.07.24 04:28



Koroğlu adını qazanmaq üçün, çoxları atasının gözünü çıxartdı,amma Koroğlu adını yox, kor kişinin oğlu adını qazandı.

Kamil,sağlam,azad,ədalətli,varlı bir millət özünü dəyişdirməyirsə Tanrı da o milləti dəyişdirməz. İnanmaq olmurki,insanlıq haradasa bitib,tükənir. Rabitəsiz bir nitq kimi haradasa bir sonluqla nöqtədə başa çatır. İnsan hər şeyin meyarıdır. Hər şeyə layiqincə qiymət vermək İlham İsmayılovun boyuna biçilib. Sanki bu onun vəzifə borcudur. Mən bu yazını yazarkən ağsaqqalımız,şəhid atası Hacı Beydulladan zəng gəldi. Aşağıdakı fikirləri bildirməyi xahiş etdi. İlham İsmayılov yaxşı siyasətçi,gözəl politoluqdur. Beynəlmiləlçidir. Pozitiv enerji daşıyıcısıdır. Onunla danışanda auranın dəyişdiyini hiss edirsən. Şəxsən məndə onun söhbətləri ümid qığılcımları yaradır. O həmdə yaxşı mütaliəçi olduğu üçün hikmətli sözlərlə zəngin olan əsərlərin mütailəsindən yorulmur. Hər dəfə onunla görüşəndə bu barədə danışır. Hər hansı bir ictimai siyasi, eləcə də ailə-məişət məsələləri ilə bağlı başqa fikirləri,qeyri dəqiq məsələləri ona zorən qəbul etdirmək olmaz. Onun söz ərmağanı geniş və tükənməzdir. Şeir sənət dostları,ədəbi ictimaiyyət,ağsaqqallar bu gözəl nəcib işində ona uğurlar diləyir.

{img1}Uzun illər görkəmli ziyalı kimi tanınmış Salyanda böyük hörmət qazanmış, illərlə dairə seçki komisiyasına sədri olmuş Məhəmməd Ağayevin fikirlərini də qeyd etməyi vacib bilirəm. İlham İsmayılovun ürəyi ipək kimi zərif,şüşə kimi kövrək,su kimi təmizdir,qayğıkeşdir. Onun qəlbi işıqla və xeyirxah əməllərlə doludur. Eşitdiyimə görə böyük Həcc ziyarətinə

22nəfər,Məşhədə,Kərbibəlaya onlarla adam göndərib. Deyəsən deputatlığa namizədliyini irəli sürmək istəyir. Çox düzgün edir. Bizdə onun namizədliyini canla başla müdafiə etməyə hazırıq. İlham İsmayılovun öz həmfikirləri ilə birgə ATXƏM-i yaratması,türkçülük ideyası çağdaş dünyamızda da toplam üçün aydın istiqamət verən Əli bəy Hüseynzadə timsallı ziyalılarımızın mənəvi irsinin təbliğatı üçün çox işlər görmüş və görməkdədir.

{img2}Yeri gəlmişkən AXTƏM rəhbərliyi Ankaraya səfər edərək keçirdiyi görüşlər,erməni açlımı ilə bağlı Azərbaycanın mövqeyini Türkiyə ictimaiyyətinə çatdırılması, İlham İsmayılovun ən vacib saydığı işlərdən biridir. Bu gün millətçilikdən,türkçülükdən dəm vuranlar, unutmamalıdırlar ki,belə dəyərli,vacib ideya müəlliflərindən biri olan İlaham İsmayılovu aparıcısı olduğu üçün bu müqəddəs işə görə gözdən salmağa çalışan rusqafalılar bu gündə az deyil.



{img3}{img4}Deyirlər həyat daha çox insana xoşbəxtlik gətirənləri insan kimi dəyərləndirir. Baxmayaraq bədxah insanlar,nadan və paxıllar belələrinin yüksəlməsinə süni maneələr törədir,ancaq heç nəyə nail ola bilmirlər,çünki Allah haqqın tərəfindədir.

Sarvan Mirzə Cəfər
URL / WWW
http://atxem.az/news/a-15656.html