Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » 40-cı qap - 11.04.2024
11.07.24 00:31



Kim bu cənnət vətənin uğrunda olmaz ki,fəda
Şühəda fışqıracaq torpağı sıksan Şühəda !
anı,Cananı, bütün varmı olsun da Hüda
Etməsin tək vətənimdə nə bəni dünyada cüda.

M.Akif


Ölkəmizin ictimai-siyasi həyatında mühüm,ciddi və tarixi hadisə parlament seçkiləri ərəfəsindəyik. Bu mənada gələcək günlərimizin daha yaxşı olması üçün elimiz,obamız,vətənimiz qarşısında şərəfli vəzifə borcumuzu yerinə yetirmək ən yüksək amalımız olmalıdır. Bu vacib məsələ barədə Hacı Mirabtalıb müəllimlə söhbətləşdik.

{img1}Mənim sevimli sagirdlərim çox olub, onlardan biri də İlhamdır. Bu sagird müəllim sevgisi bu gün də davam etməkdədir. Əgər İlham deputatlığa namizədliyini verərsə bundan çox şad olaram və onun deputat seçilməsi üçün əlimdən gələni etməyə hazıram. Mənim İlhama olan istəyimin ölçüsünün miqdarı sonsuzdur. İlham nəinki,müəllimi kim tək məni yox,yaşadığımız bütün ərazini diqqətində saxlayır. Mən İlham haqqında hər zaman düşünəndə,fikirlərimin fövqündə çox əzəmətli,məğrur,həssas,incə qəlbli,son dərəcə qüdrətli sima,istedadlı, qabiliyyətli bir şəxs canlanır. Əsl Türk oğlu türkdür. Qəsəbəyə gələndə insanları bir-birinə yaxınlaşdırar,yaxın,doğma edən ən gözəl insani keyfiyyətlər bu adamda cəmləşdiyi üçün,ona qarşı olan ümumi xalq məhəbbəti daha qabarıq şəkildə özünü göstərir.

Əzizim İlham səndə olan Vətən məhəbbəti,ailə sevgisi çox yüksəkdir,ucadan ucadır. Bu hiss bəlkə də uca Tanrının sənə bəxş etdiyi ən müqəddəs,ən qiymətli paydır,sovqatdır. Xahiş edirik parlament üzvü olmağa razılıq verəsən. Bizdə sənin duaçınıq. Bəlkə Böyük Yaradan sənin millətə olan sevgin üçündür ki onun dərgahına təmiz,pak getmək üçün qəlbinə salib ki, müqəddəs sevgi nuru ilə yuyunub,paklaşanlardan olasan.

Elə bu andaca Hacı Beydulla telefonuma mesaj göndərir və bu mesajın İlham İsmayılova yönəldilməsini xahiş edir.

Allahım!

Millət olaraq bəzi işlərimizdə həddi aşdığımız və sənin əmrlərinə qarşı gəldiyimiz üçün dualarımızı geri çevirmə. Azərbaycanımızı düşmən dövlətlərin fitnələrindən qoru. İlham balamıza bütün işlərində zəfərlər nəsib et!

Amin.

Sarvan Mirzə Cəfər
URL / WWW
http://atxem.az/news/a-15657.html