Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Yuxularımın şəhəri. - 12.07.2024
12.07.24 00:53



Qarşılıqlı mehribanlıq nə qədər çox olarsa,o qədər məhəbbət artar.
"Kəlilə və Dimnə"dən


İnsanı məhəbbət yaşadır,deyirlər. Əgər bu belədirsə ,onda xalqı da məhəbbət yaşadır. Hər vəchlə əlaqələrimizin və ünsiyyətimizin qarşısını zaman-zaman sədlər çəkilsə də,bizi millət kimi alovlu bir istək ,doğmalıq yaşadıbdır. Axı biz iki dövlət olsaq da bir millətik.

{img2}{img1}Təyyarəmiz Binə hava limanından Ankaraya yola düşəndə,mənim xəyallarım təyyarəmizin sürətindən də qabaqdaydı. ATXƏM-növbəti səfərimizi Ankaraya təşkil etmişdi.

Yuxularımın şəhəri Ankaraya perik-perik fikirlərin ağuşundayam. Ankara çatmağımız mənim üçün sanki,an çəkdi.



{img3}{img4}Ankarada nümayəndə heyyətimizi qarşılamağa çıxanların isti,doğma münasibətinə heyran kesildim. Xüsusi ilə ATXƏM sədri İlham İsmayılovu illərin həsrətlisi kimi qucaqladılar. Ayaq üstü söhbətlərdə bir şeyin də şahidi oldum. İlham elə bil doğma kəndində,elində idi. Adama nə qədər sıcaq münasibət,sevgi olar. Bürkülü xatirələrdən çox yazmaq fikrim yoxdur,çünki gərək bu xatirələrdən bol-bol yazasan ki,ürəyin boşala. Kiçik lüks avtomobillərlə “Qızıl Ay” hotelində yerləşib,kiçik istirahətdən sonra Atatürk Anıt mövzeliyini heyrətlə ziyarət etdik. Canlı möcüzələrin şahidi olduq. Növbəti gedecəyimiz yeri Türkiyə Ulusulararası İlişgilər Mərkəzi və Strateji Analizlər Mərkəzinin sədri Sinan Oğanın ofisinə getdik. Ofis üç mərtəbəli binada yerləşir. İlk anda diqqətimi binanın önünə vurulmuş “Beyin fabrikası”, “fikir fırtınası” sözləri cəlb etdi. Sinan Oğan bizi yüksək səviyyədə qəbul etdi. Günün ən vacib problemlərindən söhbət açdı.

{img5}{img6}

Sarvan Mirzə Cəfər
URL / WWW
http://atxem.az/news/a-15658.html