Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» Ölüm var ölümlə,ölüm də vâr zülümlə. SOS. - 13.07.2024
15.07.24 00:57
Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün ən böyük təhlükədir. Narkotik vasitələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv edir. Təssüflə qeyd etməliyik bu "ağ ölüm" virusu sürətlə yayılmaqdadı.
Rəsmi statiskaya görə son beş ildə Azərbaycanda narkomanların sayı ən az 10 dəfə artıb. Gözümüz görə-görə bu dəhşətli bəla kəndbə-kənd,evbə -ev yayılmaqdadır. Millətin genefondunu zəhərliyən bu düşmən zümrəsini ifşa etmək,onları gözdən salmaq,xeyr- şərdən uzaqlaşdırmaq lazımdır. Faciə burasındadır ki,belə adamları ifşa edib,mundar leşlərinə tüpürmək əvəzinə, onlarla dostluq edənlərə də rast gəlirik. Əgər narkotikcini tanıyıb ifşa etmiriksə,deməli biz də həmin bədəməlliylə şərikik. Mənəvi cəhətdən vicdan əzabı çəkmirlərsə,deməli milli hissi,milli duyğusu olmayan şəxslərdir. Belə çıxır ki,sən dağılan tifaqların,şikəst doğulan uşaqların,pozulan ailələrin fərqində deyilsən. Narkomaniya ilə mübarizə tək bir nəfərin,beş nəfərin yox,bütövlükdə cəmiyyətin işi olmalıdır. Siyasi və İctimai xadim İlham İsmayılovun narkomaniyaya qarşı barışmaz mübarizəsi alqışlanmalıdır. İlham İsmayılov dövrü mətbuatda,televizya kanallarında bu mövzuda dəfələrlə etdiyi kəskin çıxışlar cəmiyyət tərəfindən çox razılıqla qarşılanır. İnanıram ki,İlham İsmayılov bu müqəddəs işini deputat olarsa daha yüksək səviyyədə davam etdirəcək. Ey mənim xalqım,bilin və agah olun, narkotiki satanda,alanda, bu milli faciyəyə ötəri baxan da, bu millətin düşmənidir. Narkomanlara qarşı mübarizədə iştirak etməmək vətənə xəyanətdir.
Sarvan Mirzə Cəfər
URL / WWW
http://atxem.az/news/a-15659.html