Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» El bir olsa,zərbi kərən sındırar. Atalar sözü. - 14.07.2024
15.07.24 07:02
Kür "kürülük" etsədə...
2010-cı ilin yazında baş verən daşqınları,onun fəsadlarını,fəlakətini aradan qaldırılması üçün görülən müsbət məqamları heç cürə yaddan çıxartmamalıyıq. Kür keçmişlərdə olduğu kimi yenə də mənəm-mənəm deyir,cilov gəmirirdi. Kürətrafı kəndlər,yaşayış məntəqələri,əkin sahələri böyük təhlükə qarşısındaydı.
Axşamdan xeyli keçmişdi yatmağa hazırlaşırdım. Telefonum zəngi çaldı. Açdım, İlham idi. Həyəcanı,səsi titrəyə-titrəyə,camaatı ayağa qaldırmaq lazımdır , Kürdə suyun səviyyəsi qorxulu həddə çatıb,hər an bəndin yıxılma qorxusu var dedi. Telefon zənginin boş yerə vurulmadığının,vəziyyətin doğrudan da təhlükəli həddə olduğunu başa düşdüm. Yubanmadan dost-tanışa,qohum-əqrəbaya xəbər verdik. Hamını Qaraçalaya Kür sahilinə dəvət etdik. İlhamgilin həyətində məsləhət-məşvərət etdikdən sonra ətraf rayonlardan güclü texnikanın cəlb olunmasına nail olduq. Yeri gəlmişkən deməliyəm torpaq daşıyan,bənd genişləndirən,möhkəmləndirən bütün işçilərin,yeməklə,yatacaqla,pulla təmin olunması İlham İsmayılov öz öhdəsinə götürmüşdü. Kür sahilində sözün həqiqi mənasında ölüm-dirim mübarizəsi gedirdi. Kiçik,yaşlı,məktəblilsindən tutmuş,əli iş tutan hər bir kəs kömək edirdi. Gözəl birlik,vəhdət yaranmışdı. Adamlar keçə səhərə qədər növbə ilə sahildə Kürün artımını müşahidə edir,harada təhlükəli vəziyyət yaranırdısa təcili İlham İsmayılova xəbər verir,az keçmirdi ki,həmin təhlükəli zonaya göndərilən yükünü özüboşaldan avtomobillər torpaq daşıyır,bəndin hündürləşməsi ilə qorxulu vəziyyəti souşdururdular. Kür boyunca sanki yarış keçirilirdi. Görək bəndə bərkitmə işlərini kim daha yaxşı görür.
İşlərin rəvan getdiyi məqamda, sanki gizli bir əl ərazidə gedən intensiv işdən sevinmək əvəzinə, öz paxıllıq,hegemonçuluq hissin boğa bilməyib,bəndvurma illərində gecə-gündüz bilmədən çalışan texnikanın yanacağını yarıba yarı azaldıb. Bu təxrtibatın da yolu tapıldı. İlham öz şəxsi vəsaiti hesabına yanacaq problemini yoluna qoydu.
Hər şey öz qaydasında gedirdi. Kürün dəlisovluğunun qarşısı alınmışdı,amma heç nəyə arxayın ola bilməzdik. Təxribata əl atıla bilər,bütün əziyyətimiz zay ola bilərdi. Günlər ötdükcə Kürün səviyyəsi aşağı düşür,təhlükəli vəziyyət sovuşurdu. Birlik halında, çəkicin bir yerə vurulması öz gözəl nəticəsini verirdi. Birliyimiz diriliyimizə nail oldu. Kürün ram olması münasibəti ilə İlham öz həyətində 300-350 nəfərlik ehsan süfrəsi açdı,kiçikdən böyüyə hamını ehsan süfrəsinə dəvət etdi. Hər kəs böyük həvəs və şadyanalıqla ehsan süfrəsində iştirak etdi,öz xeyir-dualarını verdi.
Əziz dostlar bu gündə yenidən birliyimizi nümayiş etdirmək məqamına gəlmişik. Elimizin,obamızın ləyaqətli oğlunu deputatlığa namizədliyinə razı salmalı və onun namizədliyini bir səslə müdafiə etməliyik.
Əziz və hörmətli camaatımız,həmişə,hər yerdə bizimlə olan,səsimizə səs verən,harayçımız İlham Surxay oğlunu deputat olması üçün əlimizdən nə gəlir onu etməliyik.
Sarvan Mirzə Cəfər
URL / WWW
http://atxem.az/news/a-15660.html