Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » And yerimiz,xiyabanımız. - 16.07.2024
16.07.24 09:26



Ölməz o adamdır ki,özündən sonra vətən üçün yadigarları qalır.

Qarşıdan parlament seçkiləri gəlir,İlham İsmayılov bir neçə dəfə seçgidə qalib olsada,amma parlamentdən kənarda saxlanıb, siyasi,ictimai xadim İlham İsmayılovu camaatımız yenidən deputat görmək arzusudadır,ona görə də ondan deputatlığa namizədliyini verməsini xahiş edir.İlham ismayılovun xeyriyyəçi kimi gördüyü işlərin sayı hesabı yoxdur .Bu gün onlardan biri haqqında danışacağıq. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi düşən 20 yanvar faciəsindən 34 il keçməsinə baxmayaraq, xalq hər il bu faciə qurbanlarının xatirəsini yad etməyi özünün müqəddəs borcu hesab edir.Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinə aid ilk Şəhidlər Xiyabanı Salyan rayonunun Qaraçala qəsəbəsində yerləşir. Bu xiyabanın salınmasının təşəbbüskarlarından biri tanınmış siyasi ictimai xadim,

ATXƏM sədri İlham İsmayılov açıqlamasında görülən işlərlə bağlı danışır:

"Biz həmin abidənin açılışını 1991-ci il yanvarın 1-də etmişik. Həmin vaxtlar maliyyə çətinliklərimiz və çoxsaylı maneələr olsa da, onun açılışına nail olduq. Hətta, o vaxt insanlar bunun üçün ianələr toplayırdı. Sonradan həmin ərazilərdə Birinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımız da dəfn edildi. Biz bu işləri çox çətinliklərlə görürdük. Çünki bilirsiz ki, Sovet rejimi bu cür işlərin görülməsinə imkan vermirdi, lakin xalqın dəstəyi ilə biz bunu bacardıq. Böyük izdihamlarla ona qarşı gəldik. Bu gün 34il keçməsinə baxmayaraq, bu hadisələr yaddaşlarımızdan silinmir. Bu, bizim qürur yerimiz olmaqla bərabər, eyni zamanda Azərbaycan xalq hərəkatının, milli azadlıq hərəkatının zirvəsi idi, qürur günümüz idi".

"Biz şəhid ailələrini və qaziləri diqqətdən kənarda qoymamalıyıq.

. Bu səbəbdən də hesab edirəm ki, biz iş adamlarının da böyük sosial məsuliyyəti var. Ona görə də könüllü olaraq bu işlərə daim dəstək verməyi özümüzə borc bilirik. Yəni, "Vətən mənim üçün nə edib yox, mən Vətən üçün nə etmişəm" prinsipi ilə bu məsələlərə yanaşmaq lazımdır. Qaraçalada yerləşən Şəhidlər Xiyabanında vaxtilə mənimlə könüllü döyüşlərə getmiş şəhidlərimiz uyuyur. İlk şəhidimiz Maqsud İsmayılov adlı bir gənc idi. Xiyabanın girişində onun məzarı yerləşir, ruhları şad olsun, Maqsuda nənəsi baxırdı. İnanın ki, onunla da nəsli dayandı. Bu səhnələr, hadisələr hər birimizin ürəyində dərin iz buraxıb". ATXƏM sədri qeyd edib ki, Qaraçala Şəhidlər Xiyabanında daimi təmir və bərpa işləri görülməlidir:

"Orada ağacların əkilməsi, abadlıq işləri daimi olaraq görülməlidir. Kimsə də düşünməsin ki, biz bunu reklam olunmaq üçün edirik. Xeyir, əvvəla bura mənim kəndimdir, obamdır. Təbii ki, bu işlər bizə də stimul verir. Camaatımızın dəstəyi ilə əlimizdən gələni etməyə çalışırıq. Qaraçala Şəhidlər Xiyabanı 1991-ci ildən daimi olaraq əsaslı təmir olunur. Hazırda burada əbədi məşəl yeri düzəltmişik, lakin qaz çəkilməsi ilə bağlı problemlər var. Yəqin ki, yaxın vaxtlarda bu məsələlər də öz həllini tapacaq.

Hesab edirəm ki, bu sahədə şəhidlərimizin məzarları hər zaman diqqətdə saxlanılmalıdır, ehtiyac yaranan kimi təmir edilməlidir. Bu cür işlərə hər kəs öz töhfəsini verməyə borcludur".

Sarvan Mirzə Cəfər
URL / WWW
http://atxem.az/news/a-15662.html