Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
17.07.24 10:53



Kişidən yadigar övlad deyil, xeyirxah əməl və yaxşı ad qalar.
M. İsgəndər


Əllərindən heç bir iş gəlməyən,anasının əmcəyini kəsən nadürüstlər hisslərimizlə oynayır. İlhamı heç vaxt belə əsəbi görməmişdim. Yaxınlaşıb təskinlik veririrəm. Nə baş verdiyini soruşuram. -A kişi ,əsəbləşməyim neyləyim? İşimi-gücümü buraxıb gəlib oturmuşam "Şəhidlər xiyabanında". Öz şəxsi vəsaitim hesabına xiyabanı abadlaşdırıram,şəhid qəbirlərinin sinə daşlarını yenisi,daha yaxşısı ilə əvəz elətdirirəm.Qəbirlər arası üzlük daş döşətdirirəm.Tametlərlə bəzətdirirəm. Yaşıllaşdırma,işıqlandırma sistemini qaydaya salıram. Xiyabanı əsl Gülüstana çevirirəm. Mən bu işi torpağımız uğrunda canını fəda etmişlər üçün görəndə qismən rahatlıq tapıram. Vətənə olan müqəddəs borcumun bir hissəsini ödədiyimi düşünürəm. Bunun müqabilində bu müqəddəs işimə qısqanclıqla yanaşanlar, müxtəlif bəhanələrlə işimə kölgə salmağa çalışanlar olur. İndi beləsinə nə deyəsən? Qalırsan içindən yana yana. Ay biqeyrət, ay binamus,nəsil nəcabətindən bir nəfər də olsun vətən müharibəsinə yox ey,heç hərbi xidmətə gedən olubmu? Əminliklə deyirəm yox.

İlham,mənim əzizim, fəsad əhlinə elm öyrətmək,xalqı qırmaq üçün cəlladın əlinə iti qılınc vermək deməkdir. Narahat olma "Dəmir yumruq"bunlarında başında çatlaycaq. " Su bir yerdə qalanda lillənər"deyib atalarımız. Gözü daim başqasının əlində olan,milli duyğudan, vətənpərvərlikdən uzaq olan məmurlar süpülüb atılmalıdır və atılacaqlar da.

Sarvan Mirzə Cəfər
URL / WWW
http://atxem.az/news/a-15663.html