Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » "Ortaq əlifba Türk birliyini gücləndirəcək " - ATXƏM sədri - 13.09.2024
17.10.24 07:43



Xəbər verdiyimiz kimi, Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclası keçirilib.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov Demokrat.az-a açıqlamasında bildirib ki, Türk ölkələri və xalqlarının vahid əlifbaya keçidində artıq ciddi irəliləyiş var.

İ.İsmayılov qeyd edib ki, iclasda Türk dünyası ortaq əlifbasının 34 hərfindən 14-ü təsdiq olunub:

"Ümid edirik ki, tezliklə Türk dünyasının ortaq əlifbasının bütün hərfləri razılaşdırılaraq təsdiq olunacaq və bütün türk xalqları bir-birinin dilini oxuya biləcək.

Bu əlifbanın qəbul edilməsi üçün Türkiyə, Azərbaycan, Özbəkistan və Türkmənistandan sonra Qazaxıstan və Qırğızıstanın da latın əlifbasına keçməsi labüddür.

2026-cı ildə Birinci Türk Qurultayının 100 illiyi keçiriləcək. Bununla bağlı Türk Dilçilik Cəmiyyətinin prezidenti Osman Mertin qeyd etdiyi kimi, Türk Dünyasının ortaq əlifbası layihəsini 2026-cı ilə qədər başa çatdırmaq nəzərdə tutulur. Lakin bu layihənin həyata keçirilməsi üçün əlifba müstəqilliyi olan 6 türk dövlətinib parlamentləri və dövlət başçıları tərəfindən razılıq əldə edilməlidir".

ATXƏM sədri hesab edir ki, bu gün böyük Turanın yaradılması yolunda ortaq əlifbanın qəbul edilməsi ilk addımdır:

"Daha sonra ardıcıl olaraq dərsliklər, ortaq ordu, ortaq pul vahidi və digər məsələlər həll olunmalıdır. Və bu istiqamətdə davam edərək, Türk Dövlətləri Birliyinin yaradılmasına nail olmaq lazımdır.

Eyni zamanda ortaq əlifbanın təsdiq edilməsi Türk Dünyasında inteqrasiya proseslərinin daha da sürətləndirilməsinə və Türk Birliyinin gücləndirilməsinə gətirib çıxaracaq. Bunun nəticəsi olaraq, Türkdilli dövlətlər arasında iqtisadi, siyasi, mədəni, elmi əməkdaşlığın daha da inkişaf etdirilməsinə nail ola biləcəyik".

İ.İsmayılov əlavə edib ki, ATXƏM İB öz növbəsində uzun illərdir ki, Türk Dünyasının ortaq əlifbasının hazırlanması və qəbul edilməsi istiqamətində həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda bir çox tədbirlər həyata keçirir və expertlər tərəfindən təkliflər irəli sürür:

"Bu gün ortaq əlifbanın hazırlanması layihəsində az da əməyimizin olması bizi çox sevindirir. Əminik ki, ortaq əlifba tam olaraq qəbul ediləcək və bütün Türk Dövlətləri bir araya gələcək".

Törə Zeynallı

Demokrat.az
URL / WWW
http://atxem.az/news/a-15667.html