Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan "Kanal Avropa TV"-nin "Brüssel" Kanal Gündəmi" proqramında - 26.10.2024
30.10.24 09:01
Oktyabrın 26-da tədbir iştirakçıları Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan "Kanal Avropa TV"-nin "Brüssel" Kanal Gündəmi" proqramında qonaq olmiuşlar. Belçika-Türkcə Media Birliyinin sədri Hüseyn Dönməz, Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, layihə rəhbəri, ATXƏM İB-nin sədri İlham İsmayılov, layihənin ekspertləri "Cəmiyyətin İnkişafi Mərkəzi" İB-nin sədri Əhməd Abbasbəyli, LAF TV-nin rəhbəri, əməkdar jurnalist Ləman İsmayılovanın iştirakı ilə təşkil olunmuş verilişdə "Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının beynəlxalq hüquqi aspektləri və təminatı" mövzusu ilə bağlı geniş məlumatlar verilmiş və ətraflı müzakirələr aparılmışdır. ATXƏM sədri İlham İsmayılov Kanal Avrupa TV-nin sahibi Ali Paşa Akbaşa Türk Dünyasının birliyi uğrunda göstərdiyi xidmətlərinə görə plaket təqdim etdi.
{img2}{img1}Daha sonra tədbir iştirakçıları Belçikanın Maasmekelen şəhərində ATİB Türk Kultur Mərkəzində qonaq olmuşlar. Görüşdə "İRƏVAN _ Gizlədilmiş həqiqətlər" sənədli filmi nümayiş etdirilmişdir. ATXƏM İB-nın sədri İlham İsmayılov tarixi faktlara əsaslanaraq tədbir iştirakçılarına vaxtilə Qərbi Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi, onların bu torpaqlarda məskunlaşması, əsrlərlə soydaşlarımızın öz ata-baba yurdlarından didərgin salınması və deportasiya edilməsi barədə geniş məlumat vermiş və bu gün qərbi azərbaycanlıların öz doğma torpaqlarına ləyaqətlə və təhlükəsiz qayıdışının təmin edilməsinı dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının qarşımızda duran mühüm bir vəzifə olduğunu qeyd etmişdir.
{img4}{img3}Tədbirdə Belçika-Türkcə Media Birliyinin sədri Huseyin Dönmez, Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, "Cəmiyyətin İnkişafi Mərkəzi" İB-nin sədri Əhməd Abbasbəyli, LAF TV-nin rəhbəri, əməkdar jurnalist Ləman İsmayılova, ATİB Türk Kultur Mərkəzinin rəhbəri Ahmet Cücük mövzu ilə bağlı çıxış etmişlər. Görüşün sonunda Ahmet Cücük İlham İsmayılova Türk Xalqlarının əməkdaşlığında fəaliyyətinə görə plaket təqdim etdi.
{img6}{img5}
ATXƏM İB-nin
Mətbuat Xidməti
URL / WWW
http://atxem.az/news/a-15669.html