Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" Forumu iştirakçıları Qarabağ bölgəsinə səfər etdilər - 14.03.2025
19.03.25 08:56



AR QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və ATXƏM İB ilə birgə təşkilatçılığı ilə “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" mövzusunda silsilə tədbirlər keçirir. Tədbirdə İraq, Suriya və Türkiyədən 30-dan artıq vətəndaş cəmiyyəti təmsilçiləri, ictimai xadimlər, dövlət rəsmiləri iştirak edir.

Forum çərçivəsində Azərbaycanda səfərdə olan türkman QHT-lərindən ibarət nümayəndə heyəti ilə 2025-ci il martın 14-də Naftalanda ilk görüş keçirilib. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qonaqları salamlayıb. ATXƏM İB-nin sədri İlham İsmayilov çıxış edərək qeyd etmişdir ki, bizim köklərimiz eyni dilə, eyni mənəviyyata bağlıdır və tarix boyu milli-mənəvi dəyərlərimizı qoruyub saxlamışıq. Bu gün bu ənənəni davam etdirərək, STK Platformasında əməkdaşlığımızı, birıiyimizi daha da gücləndirməliyik.

Daha sonra bədii hissə tanınmış ifaçı Şəmistan Əlizamanlının ifasında Kərkük şərqiləri və digər mahnılarla davam etmişdir.

{img1}{img2}{img3}


{img4}{img5}{img9}{img10}
URL / WWW
http://atxem.az/news/a-15672.html