Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində "Kərkük-Azərbaycan gecəsi - sizə salam gətirmişəm" adlı böyük bir mədəni-kütləvi tədbir keçirildi - 09.12.2025
16.12.25 15:30



Tədbirdə İraq millət vəkili Ərşad Salihi, Türkmeneli Akademisyenler Teşkilatı sədri Dr. Nebil Şahin Kifrili, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İB-nin sədri İlham İsmayılov, Vətənpərvərliyin Təbliğinə Dəstək İB-nin sədri Şəmistan Əlizamanlı, İraq Vətəndaş Cəmiyyətinin nümayəndələri, ictimai təşkilatların rəhbərləri, ictimai -siyasi fəal insanlar iştirak edirdilər.

Ərşad Salihi çıxış edərək Azərbaycan və Türkman xalqlarının ortaq dostluğundan, Türkmanların uzun illər, xüsusən də Səddam Hüseyn və İŞİD-in hökmranlıq etdiyi dövrlərdə yaşadıqları problemlərdən, hüquqlarının müdafiəsindən danışdı. Son zamanlar istər Azərbaycan dövləti, istərsə də sivil toplumları tərəfindən diqqətin olmasını təqdirəlayiq hesab etdi. Həmçinin bu ilin mart ayında Bakıya son səfərlə bağlı məmnun olduqlarını bildirdi və dostların da gəlişini yeni əlaqələrin qurulmasında, inteqrasiyanın gücləndirilməsində müsbət addım kimi qiymətləndirdi.

{img2}{img1}Sonra İlham İsmayılov çıxış edərək bildirdi ki, həqiqətən də bu gün Türk dövlətlərinin Türk Dövlətləri Təşkilatında birləşməsi, onların inteqrasiyası bizi çox məmnun etdi. Kərkük kimi, Türk dünyasının digər xalqlarının da bu inteqrasiyaya cəlb olunmasının və bu əlaqələrin get-gedə genişləndirilməsinin vacib olduğunu qeyd etdi. I.ismayılov xüsusən də mədəni, milli istiqamətdə, belə kütləvi tədbirlərin keçirilməsinin, Azərbaycan Evinin mədəni mərkəzlərinin yaranmasının və vaxtilə olduğu kimi, indi də davamlı olaraq Türkman tələbələrinin Azərbaycanda təhsil almasının, inkişaf etməsinin zəruri olduğunu vurğuladı. Bu gün Kərkük türkmanlarının həyat tərzi, milli-mənəvi dəyərləri Azərbaycanda hər kəsin diqqət mərkəzindədir və əlaqələrin daim gücləndirilməsini arzu edirlər. Digər çıxış edənlər də xalqlarımız arasında dostluğun möhkəm olmasını, tarixi ənənələrə söykənməsini qeyd etdilər və davamlı olmasını arzu etdilər.

{img4}{img3}Daha sonra bədii hissədə Şəmistan Əlizamanlı bir sıra vətənpərvər mahnılar ifa etdi. Ş. Əlizamanlı yeni klipin çəkilişi üçün Qəzənfər Paşayevin "6 il Dəclə və Fərəc sahillərində" kitabından götürülmüş, Türkman şairi Mahmud Kassaboğlunun şözlərinə yazılmış mahnını ifa etdi və hətta klipə ad seçilməsi üçün zalda oturanlara müraciət etdi.

Tədbirlər davam edir.

{img5}{img6}{img7}


{img8}{img9}{img10}


ATXƏM İB-nin
Mətbuat Xidməti
URL / WWW
http://atxem.az/news/a-15716.html