Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» Azәrbaycan әdәbiyyatının görkәmli nümayәndәlәrindәn olani Nəriman Həsənzadənin 95 yaşı tamam olmuşdur - 20.02.2026
27.02.26 08:17
Xalq şairi, əməkdar incəsənət xadimi Nәriman Hәsәnzadәnin müxtәlif illәrdә qәlәmә aldığı qәlboxşayan, Vәtәn mәhәbbәtini tәrәnnüm edәn, dövrün siyasi ab-havasını әks etdirәn əsәrlәri oxucuların yaddaşına həkk olunmuşdur.
Onun son əsərlərindən olan "Nuru Paşa" poemasında müəllif 1918-ci il mart soyqırımı zamanı Bakını, eləcə də Azərbaycanı rus-bolşevik və erməni-daşnak birləşmələrinin işğalından xilas etmək üçün Azərbaycana gəlmiş Qafqaz İslam Ordusunun komandanı, Osmanlı Ordusunun general-leytenantı Nuru Paşanın qəhrəmanlığını poetik dillə tərənnüm etmişdir. Nəriman Həsənzadə uzun müddət ATXƏM İB-nin tədbirlərində, o cümlədən Qafqaz İslam Ordusunun Azərbaycanı azad etməsinin ildönümü ilə bağlı keçirilən bayram tədbirlərində fəxri qonağımız olmusdur. Uzun, əziyyətli və mənalı həyat yolu keçmis dəyərli xalq şairimizi ürəkdən təbrik edirik!
{img2}{img1}
ATXƏM İB-nin sədri
İlham İsmayılov
URL / WWW
http://atxem.az/news/a-15722.html