Axtarış: 
Türkiyə “Türk Ocaqları” rəhbərliyi və tanınmış Media nümayəndələri ATXƏM-i ziyarət etdilər - 17.03.2012
+  -  Çap 
Yerləşdirilib: 30.03.12 | Baxılıb: 3877
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Bu gün Azərbaycanda səfərdə olan “Türk Ocaqları” İstanbul təşkilat başkanı dr.Cezmi Bayram, İstanbul Universitetinin prorektoru prof.dr. Əhməd Cavad Acar, Ocağın İdarə Heyəti üzvləri Şərafəddin Yılmaz, Əhməd İyioldu, Bəkir Çelik, KOCAV (Kültür Ocağı Vəqfi) başqanı dr. Ali Ürey, Bağcılar Bələdiyyəsinin başqan müavini Yavuz Subaşı, dos.dr.Üfiq Özcan, dos.dr.Nəsrin Sarıəhmədoğlu, dr.İsmail Türkoğlu, eləcə də tanınmış KİV təmsilçiləri – Seyfullah Türksoy, Həsən Yavaş, Əkrəm Kaftan, Özcan Ünlü, İbrahim Zahit Altay və Xeyrəddin Turan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzini (ATXƏM) ziyarət etdilər.

ATXƏM-in sədri İlham ismayılov “Türk Ocaqları”nın yaranmasının 100 illiyi ilə bağlı qonaqları təbrik edərək, Türkiyədə ən uzun ömürlü qeyri-hökumət təşkilatı olan bu təşkilatın Türk dünyası ilə bağlı gördüyü işlərdən danışdı. “Türk Ocaqları”nın Azərbaycanın Dağlıq Qarabağ probleminə hər zaman həssas yanaşdığını qeyd edən İlham ismayılov qeyd etdi ki, türk xalqlarının ortaq problemlərinin həllində Azərbaycan və Türkiyə ictimai birliklərinin bir-biri ilə daha sıx əlaqələr qurmalarına ehtiyac vardır. İlham İsmayılov qonaqlara ATXƏM-in həyata keçirdiyi beynəlxalq layihələrlə bağlı, xüsusilə Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimayyətinə çatdırılması istiqamətində görülən işlərlə bağlı geniş məlumat verərək, gələcəkdə birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd etdi.
Görüşdə İlham İsmayılov “Türk Ocaqları” İstanbul təşkilat başkanı dr. Cezmi Bayrama türk dünyasına göstərdiyi xidmətlərindən dolayı plaket də təqdim etmişdir.
Görüşdə “Türk Ocaqları” İstanbul təşkilat başkanı dr. Cezmi Bayram ATXƏM-lə tanışlıqdan məmnun olduğunu bildirirərək, gələcəkdə birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını qeyd etdi.

Daha sonra Azərbaycan ziyalılarının da iştirakı ilə qonaqların şərəfinə “Art Garden”də ziyafət verildi. Tədbirdə Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, millət vəkili Qənirə Paşayeva, Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov və digər rəsmi şəxslər də işirak etmişdir. Tağı Əhmədov çıxışında Azərbaycan və Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsində ictimai təşkilatların əməkdaşlığının olduqca vacib olduğunu qeyd etmişdir.

Tədbir xalq artisti Mələkxanım Əyyubova və ATXƏM-in “Turan” insturumental ansanbılının ifasında gözəl musiqi parçaları və aktyor Mitət Aydının Nəriman Həsənzadənin “Nuru Paşa” poemasının səsləndirilməsi ilə davam etmişdir.






















ATXƏM-in
Mətbuat xidməti


VIDEO
ATXƏM sədri İlham İsmayılov:
 
İlham İsmayılov: “Hədəflərimizin içində Zəngəzurla yanaşı, təbii ki, İrəvan, Göyçə, Dərələyəz mahalları da yer almalıdır”
 
İlham İsmayılov: Azərbaycan dövləti münaqişəni həll edib və işğaldan azad edilmiş torpaqlarımızda geniş quruculuq işləri aparılır
 
İlham İsmayılov: “Digər Türk dövlətlərinin də Şuşada konsulluqlarının açılması arzuolunandır”
 
 İlham İsmayılov:
 
 ATXƏM aztəminatlı ailələrə dəstək göstərib
 
İstanbulda Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib
 
ABŞ-ın ədalətli mövqe nümayiş etdirəcəyi şübhə doğurur...
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Avq.2021
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

Gündüz: +34.. +36aydn yağmursuz
Axşam: +29.. +31dəyişkən buludlu yağmursuz
Gecə: +25.. +27aydn yağmursuz
Səhər: +32.. +34buludlu yağmursuz
Atm. təziyi: 757 ěě
Rütübət: 81 %


free counters

© 2021 www.atxem.az
Powered by Danneo