Axtarış: 
ATXƏM aztəminatlı ailələrə dəstək göstərib
+  -  Çap 
Yerləşdirilib: 06.01.21 | Baxılıb: 194
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın bəlasına çevrilmiş COVİD-19 pandemiyası ilə bağlı mübarizədə işlətdiyi “Biz birlikdə güclüyük” fikirlərinə ilk səs verən, bu aksiyalara qoşulan qurumlardan biri də ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları oldu.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi də (ATXƏM) bu çağrışlara qoşularaq, QHT-lərə Dövlət Dəstəyi Şurasının Real TV ilə başlatmış olduğu “evdə qal” maarifləndirmə aksiyasına qoşuldu, əhali arasında təbliğat işinin aparılmasında fəal iştirak etdi.

Aprelin 19-da ATXƏM sədri İlham İsmayılovun iştirakı ilə Salyan rayonun Qaraçala, Çadırlı, Bəşirbəyli, Arxarası kəndlərində yaşayan həssas qrup olan yaşlı insanlar ziyarət olundu, onların ayrı-ayrılqda hər birinin xüsusi sağlıq durumları, zəruri ehtiyacları öyrənildi.

Görüşülən el ağsaqqallarının hər biri bu ağır durumdan qurtarmaq üçün dua etdiklərini qeyd edərək, ölkəmizdə geniş tətbiq olunan “evdə qal, cəmiyyəti qoru” aksiyasına da xüsusi əməl etdiklərini bildirdilər.

Daha sonra adı çəkilən kəndlərdə yerli icra qurumlarının dəstəyi, el ağsaqqallarının məsləhəti ilə kənd inzibati ərazilərində olan aztəminatlı, sosial durumu ağır olan ailələr təsbit olundu. ATXƏM və “Klassik-Aİ” şirkətinin onlar üçün nəzərdə tutduğu ərzaq məhsulları həmin ailələrə təslim olundu.

Kənd sakinləri bu ağır sınaq günlərində xalqımızın paylaşmaq, yardımlaşmaq kimi gözəl adət-ənələrini yaşatdığına görə bütün yardımsevər insanlara təşəkkür etdilər. İnanırıq ki, dünyanın bu ağır durumda olduğu bir vaxtda xalqımızın bu nəcib, gözəl xüsusiyyətləri bütün insanlıq üçün başucalığı olacaqdır. Tanrı verən əllərimizi kəsməsin!



20 aprel 2020

VIDEO
ATXƏM sədri İlham İsmayılov:
 
İlham İsmayılov: “Hədəflərimizin içində Zəngəzurla yanaşı, təbii ki, İrəvan, Göyçə, Dərələyəz mahalları da yer almalıdır”
 
İlham İsmayılov: Azərbaycan dövləti münaqişəni həll edib və işğaldan azad edilmiş torpaqlarımızda geniş quruculuq işləri aparılır
 
İlham İsmayılov: “Digər Türk dövlətlərinin də Şuşada konsulluqlarının açılması arzuolunandır”
 
 İlham İsmayılov:
 
 ATXƏM aztəminatlı ailələrə dəstək göstərib
 
İstanbulda Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib
 
ABŞ-ın ədalətli mövqe nümayiş etdirəcəyi şübhə doğurur...
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Avq.2021
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

Gündüz: +34.. +36aydn yağmursuz
Axşam: +29.. +31dəyişkən buludlu yağmursuz
Gecə: +25.. +27aydn yağmursuz
Səhər: +32.. +34buludlu yağmursuz
Atm. təziyi: 757 ìì
Rütübət: 81 %


free counters

© 2021 www.atxem.az
Powered by Danneo