Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tədbirləri » Dünya şöhrətli Ukraynalı diplomat və şərqşünas alim Yuriy Koçubeyin dogum günü ATXƏM-də qeyd olundu - 13.07.2011
15.03.12 11:21

Dünya Azərbaycanlılarının III qurultayında iştirak etmək üçün Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Diplomatiya Akademiyasının professoru, məşhur şərqşünas alim, fövqəlqdə və səlahiyyətli səfir Yuriy Koçubey, onun xanımı Raisa Koçubey, “Kiyev Mohila Akademiyası” Milli Universitetinin vitse-prezidenti, prof.dr Lyudmilla Dyaçenko, Ukrayna Milli Televiziyasının baş redaktoru, Ukraynanın xalq artisti, məşhur jurnalist Xristina Stebelska və Ukraynalı və Azərbaycanlı Ziyalılar Assambleyasının sədri, “Kiyev Mohila Akademiyası” Milli Universitetinin dosenti, tarix elmləri namizədi Fərhad Turanlı iyulun 9-da Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) qonağı oldular.Görüşdə ATXƏM-in sədri İlham İsmayılov bildirdi ki, Azərbaycanla strateji müttəfiq olan dost və qardaş Ukraynada Azərbaycan həqiqətlərinin təbliğ olunmasında ukraynalı ziyalılar da yaxından iştirak edir. “Sevindirici haldır ki, biz bu həqiqətlərin təbliğində dünya şöhrətli diplomat Yuriy Kocubeyi hər zaman öz sıralarımızda görməkdəyik. İnanırıq ki, Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində, Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq aləmdə dəstəklənməsində belə ziyalılar əvəzsiz rol oynayacaqdır”.
{img1}{img2}Ukrayna Diplomatiya Akademiyasının professoru, Ukrayna nümayəndə heyətinin rəhbəri Yuriy Koçubey Azərbaycanı böyük tarixə və mədəniyyətə malik olan bir ölkə kimi xarakterizə edərək, bildirdi: “Müstəqilliyini yenidən qazanmış Azərbaycan bu gün torpaqlarının bir hissəsini itirsədə, inanıram ki, beynəlxalq aləm ərazilərin toxunulmazlığı prinsipinə riayət olunması üçün qarşı tərəfə təzyiq göstərəcək və Azərbaycanın ərazi bütövlüyi tam bərpa olunacaqdır”.
Azərbaycan Respublikası Prezident Adminstrasiyası ictima-siyasi məsələlər şöbəsinin diasporla iş üzrə sektor müdiri Qafar Əliyevin də qatıldığı görüşdə daha sonra Ukraynadakı Azərbaycan diasporunun inkişaf perspektivləri müzakirə olunmuş, Azərbaycan həqiqətlərinin Ukraynada daha geniş təbliğ olunması üçün birgə fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.
{img3}{img4}Daha sonra isə ATXƏM-də dünya şöhrətli şərqşünas alim Yuriy Kocubeyin doğum günü münasibətilə ziyafət verilmişdir.


ATXƏM-in Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15121.html