Axtarış: 
Dünya şöhrətli Ukraynalı diplomat və şərqşünas alim Yuriy Koçubeyin dogum günü ATXƏM-də qeyd olundu - 13.07.2011
+  -  Çap 
Yerləşdirilib: 15.03.12 | Baxılıb: 3201
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Dünya Azərbaycanlılarının III qurultayında iştirak etmək üçün Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Diplomatiya Akademiyasının professoru, məşhur şərqşünas alim, fövqəlqdə və səlahiyyətli səfir Yuriy Koçubey, onun xanımı Raisa Koçubey, "Kiyev Mohila Akademiyası" Milli Universitetinin vitse-prezidenti, prof.dr Lyudmilla Dyaçenko, Ukrayna Milli Televiziyasının baş redaktoru, Ukraynanın xalq artisti, məşhur jurnalist Xristina Stebelska və Ukraynalı və Azərbaycanlı Ziyalılar Assambleyasının sədri, "Kiyev Mohila Akademiyası" Milli Universitetinin dosenti, tarix elmləri namizədi Fərhad Turanlı iyulun 9-da Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) qonağı oldular.Görüşdə ATXƏM-in sədri İlham İsmayılov bildirdi ki, Azərbaycanla strateji müttəfiq olan dost və qardaş Ukraynada Azərbaycan həqiqətlərinin təbliğ olunmasında ukraynalı ziyalılar da yaxından iştirak edir. "Sevindirici haldır ki, biz bu həqiqətlərin təbliğində dünya şöhrətli diplomat Yuriy Kocubeyi hər zaman öz sıralarımızda görməkdəyik. İnanırıq ki, Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində, Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq aləmdə dəstəklənməsində belə ziyalılar əvəzsiz rol oynayacaqdır".
Ukrayna Diplomatiya Akademiyasının professoru, Ukrayna nümayəndə heyətinin rəhbəri Yuriy Koçubey Azərbaycanı böyük tarixə və mədəniyyətə malik olan bir ölkə kimi xarakterizə edərək, bildirdi: "Müstəqilliyini yenidən qazanmış Azərbaycan bu gün torpaqlarının bir hissəsini itirsədə, inanıram ki, beynəlxalq aləm ərazilərin toxunulmazlığı prinsipinə riayət olunması üçün qarşı tərəfə təzyiq göstərəcək və Azərbaycanın ərazi bütövlüyi tam bərpa olunacaqdır".
Azərbaycan Respublikası Prezident Adminstrasiyası ictima-siyasi məsələlər şöbəsinin diasporla iş üzrə sektor müdiri Qafar Əliyevin də qatıldığı görüşdə daha sonra Ukraynadakı Azərbaycan diasporunun inkişaf perspektivləri müzakirə olunmuş, Azərbaycan həqiqətlərinin Ukraynada daha geniş təbliğ olunması üçün birgə fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.
Daha sonra isə ATXƏM-də dünya şöhrətli şərqşünas alim Yuriy Kocubeyin doğum günü münasibətilə ziyafət verilmişdir.


ATXƏM-in Mətbuat xidməti

VIDEO
Azərbaycanın uğurlu media diplomatiyası - 13.07.2026
 
Türk dünyasının mədəni-humanitar inteqrasiyası üçün yol xəritəsi - 30.06.2026
 
Füzuli və Şuşadan verilən həmrəylik mesajları - 24.06.2026
 
Şuşa Bəyannaməsi: Türk dünyasının inteqrasiyasına töhfə verən tarixi sənəd - 12.06.2026
 
WUF13 Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelinin təqdimatı baxımından əhəmiyyətli idi - 24.05.2026
 
Heydər Əliyevin türk dünyasının inteqrasiyasında əvəzsiz xidmətləri - 09.05.2026
 
Türkçülük Günü Türk xalqları arasında inteqrasiya prosesinin sürətləndirilməsində mühüm əhəmiyyət kəsb edir - 01.05.2026
 
Kiyev-Bakı əməkdaşlığı, mövcud durum və perspektiv imkanlar - 27.04.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo