Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tarixi məqamları » Qafqaz İslam Ordusu - 93 (15.09.2011)
27.03.12 21:59

Sentyabrın 14-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik birləşmələrindən azad etməsinin 93-cı ildönümü ilə bağlı Səbail İstirahət Mərkəzində tədbir keçirdi. Tədbirdə millət vəkilləri, tanınmış elm adamları, tarixçilər, yerli və beynəlxalq QHT rəhbərləri, xalq artistləri, Türkdilli dövlətlərin diplomatik korpusları nümayəndələri və sənətçilər iştirak edirdi.
Tədbiri giriş sözüylə açan ATXƏM sədri İlham İsmayılov bildirdi ki, ATXƏM hər il olduğu kimi Türk əsgərinin 93 il öncə Azərbaycana gəlişini və qazandığı tarixi zəfər gününü təntənə ilə qeyd edir: “Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi və erməni-bolşevik birləşmələri üzərində qazandığı bu tarixi qələbə günü əslində Azərbaycanın istiqlalının təməlini qoyan mühüm hadisələrdəndir. Nuru Paşanın komandanlığı ilə Bakını azad etmiş Qafqaz İslam Ordusunun bu tarixi qələbəsi olmasaydı, yəqin ki, Azərbaycanın bir dövlət kimi yaşaması da sual altında olacaqdır. Məhz Bakı azad olunduqdan sonra paytaxta qayıdan o zamankı Milli Hökümət Azərbaycan Xalq Cümhuriyyətinin bir dövlət olaraq yaşaması və dünya birliyi tərəfindən tanınması yönündə müəyyən addımlar atdı”.

{img1}İlham İsmayılov qeyd etdi ki, Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də Azərbaycanda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları böyük sevgi və ehtiramla ziyarət olunur: “ Hesab edirəm ki, artıq bu tarixi qələbəyə imza atmış Nuru Paşanın adının əbədiləşdirilməsi, onun adına Bakıda və keçdiyi döyüş yolu boyunca azad etdiyi digər şəhərlərdə də küçə adları verilməli, Nuru Paşanın xatirəsinə abidə ucaldılmalıdır”.


{img2}{img3}ATXƏM sədri çıxışında Azərbaycanın Türk dünyasına inteqrasiyası məsələsinə də toxundu: “Prezident İlham Əliyev bu prosesdə lider rolunu oynayır. Son illər ərzində türk dünyasının birlik və bərabərliyi istiqamətində ölkəmizin təşəbbüsü ilə Azərbaycanda bir sıra tədbirlərin keçirilməsi belə deməyə əsas verir”.
Türkiyənin Azərbaycandakı səfirliyinin elçi müsreşarı N.Kaya Bakkalbaşı da öz çıxışında əsrin əvvəllərində baş verən hadisələri təhlil edərək, bu tarixi hadisələrin bu gün Azərbaycan və Türkiyə Cümhuriyyəti arasında olan dostluq, qardaşlıq və etibarlı strateji tərəfdaşlıq əlaqələrinin heç bir problem olmadan yürüdülməsindəki önəmini diqqətə çatdırdı.
Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin diasporla iş üzrə sektor müdiri Qafar Əliyev də iştirak və çıxış etmişdir. Qafar Əliyev {img4}{img5}Bakının bolşevik-daşnaq birləşmələrindən azad olunmasının əlamətdar bir hadisə olduğunu söylədi: “İnanıram ki, tezliklə bu tarixi gün rəsmiləşdiriləcək və rəsmi bayram günü kimi qeyd olunacaq. Çünki o zaman Qafqaz İslam Ordusu Bakını işğaldan azad etməsəydi hesab edirəm ki, bu gün Bakı şəhəri Azərbaycanın paytaxtı olmayacaqdı. XX əsrdə Bakı iki dəfə xilas olunub.
Birincisi 1918-ci ildə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Bakını erməni-bolşevik birləşmələrindən xilas edib, daha sonra isə Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Bakını yenidən baş alıb gedən xaos və anarxiyadan xilas edibdir. Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd də həmin tarixi olayların gənc nəsillərə çatdırılması, ən yeni tariximizə güzgü tutaraq bu tarixi hadisələrin unudulmamasına çalışmaqdır”.
Tədbirdə Bakı Dövlət Universitetinin professoru, millət vəkili Musa Qasımlı da “Qafqaz İslam Ordusu və Azərbaycan” mövzusunda çıxış etmişdirdi. Millət vəkili 1918-ci ildəki tarixi şəraiti və hadisələri geniş işıqlandıraraq 15 sentyabrın Azərbaycanın tarixində ən şərəfli bir tarix olduğunu bildirərək, Qafqaz İslam Ordusunun həmin dövrdə Azərbaycanı işğaldan azad etdiyini diqqətə çatdırmışdır.
{img6}{img7}Tədbirdə çıxış edən Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov, xalq şairi Nəriman Həsənzadə, Dünya Türk Riyaziyyatçılar Cəmiyyətinin vitse-prezidenti Fikrət Əliyev, yazıçı-publisist Yunus Oğuz da Qafqaz İslam Ordusunun tarixi zəfərindən danışaraq, Azərbaycanla Türkiyənin tarixdə olduğu kimi bu gün də bir-birinə arxa olduğunu diqqətə çatdırdılar. Bütün çıxışlarda xüsusi olaraq vurğulandı ki, bu iki qardaş ölkənin dostluq-qardaşlığı hər gün daha da möhkəmlənir və əlaqələrin inkişaf etdirilməsi üçün yeni-yeni imkanlar açılır.
Tədbir geniş konsert proqramı, eyni zamanda xalq artistləri İlham ƏsgərovRamiz Məlikovun təqdimatında “Qarabağnamələr” tamaşasından bir parça və xalq şairi Nəriman Həsənzadənin “Nuru Paşa” poemasının aktyor Mithət Aydının təqdimatında səslənməsi ilə davam etdirilmişdir.

{img8}{img9}{img10}









***
Sentyabrın 15-də Şəhidlər Xiyabanında 1918-ci ildə Azərbaycanın istiqlalı uğrunda həlak olmuş Türk əsgərlərinin şərəfinə ucaldılmış abidənin önündə anım toplantısı keçirildi.
Türkiyə Cumhuriyyətinin Bakıdakı böyük elçisi Hulüsi Kılıç, ATXƏM sədri İlham İsmaylov, Azərbaycan Türkiyə İş adamları Birliyinin sədri və TİKA rəhbərliyi və Təxris olunmuş Hərbiçilər İctimai Birliyi adından Azərbaycanın bütövlüyü uğrunda şəhid olmuş Türk əsgərlərinin, eləcə də 20 Yanvar və Qarabağ döyüşlərində həlak olmuş şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə əklillər qoydular.
Daha sonra isə Türkiyə səfirliyi Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirdi. Tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin əsas salonunda - Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın adına verilmiş salonda keçirilmişdir. Səfir Hulusi Kılıç və hərbi attaşe Yücəl Karauz salonun girişində Nuru Paşanın adı yazılmış lövhəni açılışını etmişlər. Anım tədbirləri daha sonra səfirliyin binasındakı Nuru Paşa salonunda davam etdirilmişdir.
Bakı Dövlət Universitetinin professoru, millət vəkili Musa Qasımlı 1918-ci ildə baş verən hadisələr dair çıxış etmiş, daha sonra TRT-nin Bakı nümayəndəliyinin yeni hazırladığı sənədli film nümayiş olunmuşdur.



{img11}{img12}
URL / WWW
http://atxem.az/news/a-15122.html