Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
ATXƏM-in tarixi məqamları
» ATXƏM rəhbərliyi Oljas Süleymenovla görüşdü - 19.12.2009
29.03.12 06:49
19. 12. 2009
Dekabrın 16-da Qazaxıstanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Müstəqillik gününün 18-ci ildönümü və səfirliyin fəaliyyətə başlamasının 15-ci il dönümü münasibətilə “Gülüstan” sarayında rəsmi qəbul təşkil etmişdir. Səfir Serik Primbetov ötən müddətdə ölkəsinin keçdiyi inkişaf yolundan danışaraq bildirmişdir ki, hazırda Qazaxıstan dünya birliyində layiqli yer tutur, Qazaxıstan dinamik inkişaf edən beş ölkədən biridir.
Rəsmi qəbulda iştirak edən ATXƏM-in sədri İlham İsmayılov səfir Serik Primbetov və dünya şöhrətli qazax şairi, ictimai xadim Oljas Süleymenovla görüşərək, onları müstəqillik günü münasibətiylə təbrik etmişdir. Görüşdə son dövrlər türk dünyasında baş verən proseslər, qarşılıqlı əməkdaşlıq məsələləri də qısaca müzakirə edilmişdir.
{img1}İlham İsmayılov Oljas Süleymenova ATXƏM haqqında məlumat verərək bildirmişdir ki, yarandığı iki il ərzində ATXƏM Türk dünyasının çok önəmli şəxsiyyətlərinin ideyalarını, həyat fəlsəfəsini özü üçün bir məktəb hesab etmiş, bu ideyaların həyata keçməsi uğrunda fəaliyyət göstərmişdir: “Biz Sizi - türk dünyasının böyük şairi, alimi və ictimai xadimini ATXƏM-də görməkdən böyük qürur hissi duyardıq. Onu deyim ki, bu qürur hissini bizə iki il öncə Türk dünyasının böyük yazarı və sizin də dostunuz Çingiz Aytmatov Mərkəzimizin açılışını edərkən yaşatmışdır”.
Azərbaycana qısamüddətli səfər edən Oljas Süleymenovun dekabrın 18-də Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ziyalılar və tələbələrlə də görüşü keçirilmişdir. Tədbirdə iştirak edən ATXƏM sədri İlham İsmayılov və Prezident Adminstrasiyası ictimai-siyasi şöbəsinin sektor müdiri, ATXƏM İdarə Heyətinin üzvü Qafar Əliyev tədbirdən sonra Türk dünyasının canlı əfsanəsi Oljas Süleymenov və universitetin rektoru, prof. xanım Nərgiz Paşayeva ilə görüşdülər.
{img2}{img3} Səmimi söhbətdən sonra ATXƏM rəhbərliyi Oljas Süleymenova birliyin adından xatirə hədiyyələri təqdim etdilər. İlham İsmayılov Oljas Süleymenovu yaxın vaxtlarda geniş ictimayyətlə görüşlərini təşkil etmək üçün Azərbaycana dəvət etdi. Ünlü yazar bu təklifi məmuniyyətlə qəbul edərək, bu görüşün yaxın bir neçə ay içərisində reallaşa biləcəyini qeyd etdi.
Qeyd edək ki, SSRİ ideologiyasının müəyyən etdiyi çərçivələrə sığmayıb türk xalqlarının həqiqi tarixini – “AZ-Ya”nı yazandan sonra Oljas Süleymenovun uzun illər kitabları yasaq olunub. Lakin öz yolundan və əqidəsindən dönməyən yazar qazax xalqının öz milli varlığını təsdiq etməsi yolunda mücadilə aparıb.1990-cı ilin qanlı yanvar günlərində xalqımızın haqq səsinin dünyaya çatdırılmasında da Oljas Süleymenovun kəskin mövqeyi mühüm rol oynayıb. Azərbaycanın şad və dar günlərində həmişə birlik nümayiş etdirən Oljas Süleymenov Azərbaycanın ən yüksək mükafatına - “Şöhrət” ordeninə layiq görülüb. Eyni zamanda Azərbaycanda ən böyük ədəbiyyat mükafatı olan Rəsul Rza mükafatı laureatıdır.
ATXƏM-in
Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15124.html