Axtarış: 
ATXƏM rəhbərliyi Oljas Süleymenovla görüşdü - 19.12.2009
+  -  Çap 
Yerləşdirilib: 29.03.12 | Baxılıb: 5188
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
19. 12. 2009
Dekabrın 16-da Qazaxıstanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Müstəqillik gününün 18-ci ildönümü və səfirliyin fəaliyyətə başlamasının 15-ci il dönümü münasibətilə "Gülüstan" sarayında rəsmi qəbul təşkil etmişdir. Səfir Serik Primbetov ötən müddətdə ölkəsinin keçdiyi inkişaf yolundan danışaraq bildirmişdir ki, hazırda Qazaxıstan dünya birliyində layiqli yer tutur, Qazaxıstan dinamik inkişaf edən beş ölkədən biridir.


Rəsmi qəbulda iştirak edən ATXƏM-in sədri İlham İsmayılov səfir Serik Primbetov və dünya şöhrətli qazax şairi, ictimai xadim Oljas Süleymenovla görüşərək, onları müstəqillik günü münasibətiylə təbrik etmişdir. Görüşdə son dövrlər türk dünyasında baş verən proseslər, qarşılıqlı əməkdaşlıq məsələləri də qısaca müzakirə edilmişdir.

İlham İsmayılov Oljas Süleymenova ATXƏM haqqında məlumat verərək bildirmişdir ki, yarandığı iki il ərzində ATXƏM Türk dünyasının çok önəmli şəxsiyyətlərinin ideyalarını, həyat fəlsəfəsini özü üçün bir məktəb hesab etmiş, bu ideyaların həyata keçməsi uğrunda fəaliyyət göstərmişdir: "Biz Sizi - türk dünyasının böyük şairi, alimi və ictimai xadimini ATXƏM-də görməkdən böyük qürur hissi duyardıq. Onu deyim ki, bu qürur hissini bizə iki il öncə Türk dünyasının böyük yazarı və sizin də dostunuz Çingiz Aytmatov Mərkəzimizin açılışını edərkən yaşatmışdır".
Azərbaycana qısamüddətli səfər edən Oljas Süleymenovun dekabrın 18-də Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ziyalılar və tələbələrlə də görüşü keçirilmişdir. Tədbirdə iştirak edən ATXƏM sədri İlham İsmayılov və Prezident Adminstrasiyası ictimai-siyasi şöbəsinin sektor müdiri, ATXƏM İdarə Heyətinin üzvü Qafar Əliyev tədbirdən sonra Türk dünyasının canlı əfsanəsi Oljas Süleymenov və universitetin rektoru, prof. xanım Nərgiz Paşayeva ilə görüşdülər.
Səmimi söhbətdən sonra ATXƏM rəhbərliyi Oljas Süleymenova birliyin adından xatirə hədiyyələri təqdim etdilər. İlham İsmayılov Oljas Süleymenovu yaxın vaxtlarda geniş ictimayyətlə görüşlərini təşkil etmək üçün Azərbaycana dəvət etdi. Ünlü yazar bu təklifi məmuniyyətlə qəbul edərək, bu görüşün yaxın bir neçə ay içərisində reallaşa biləcəyini qeyd etdi.
Qeyd edək ki, SSRİ ideologiyasının müəyyən etdiyi çərçivələrə sığmayıb türk xalqlarının həqiqi tarixini – "AZ-Ya"nı yazandan sonra Oljas Süleymenovun uzun illər kitabları yasaq olunub. Lakin öz yolundan və əqidəsindən dönməyən yazar qazax xalqının öz milli varlığını təsdiq etməsi yolunda mücadilə aparıb.1990-cı ilin qanlı yanvar günlərində xalqımızın haqq səsinin dünyaya çatdırılmasında da Oljas Süleymenovun kəskin mövqeyi mühüm rol oynayıb. Azərbaycanın şad və dar günlərində həmişə birlik nümayiş etdirən Oljas Süleymenov Azərbaycanın ən yüksək mükafatına - "Şöhrət" ordeninə layiq görülüb. Eyni zamanda Azərbaycanda ən böyük ədəbiyyat mükafatı olan Rəsul Rza mükafatı laureatıdır.



ATXƏM-in
Mətbuat xidməti

VIDEO
Prezidentin Qazaxıstana dövlət səfəri türk xalqları arasında həmrəyliyin gücləndirilməsinə xidmət edir - 22.10.2025
 
QHT-lərin əməkdaşlıq forumları təkcə təşkilatlar üçün deyil, ümumilikdə cəmiyyət üçün faydalıdır - 20.10.2025
 
Ramiz Mehdiyevin kadrları dövlət və hökumət qurumlarında, parlamentdə təmsil olunur və onların hamısı ifşa edilməlidir - 15.10.2025
 
“Türk Şengeni” yaradılır - 14.10.2025
 
İlham Əliyevin Sülh sammitinə dəvət edilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir - 13.10.2025
 
Azərbaycan Türk dünyasında artan siyasi nüfuzunu, təşəbbüskar rolunu nümayiş etdirdi - 08.10.2025
 
Şəhidlərin xatirəsi yad edilmişdir - 27.09.2025
 
Uca Türk xalqı Atatürkün miras qoyduğu Türkiyə Cümhuriyyətini bir dəyər kimi qoruyur, ona sahib çıxır - 29.10.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Noy.2025
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Gündüz: +16.. +18buludlu yağmursuz
Axşam: +13.. +15dumanlı yağmursuz
Gecə: +13.. +15dumanlı yağmursuz
Səhər: +13.. +15dumanlı yağmursuz
Atm. təziyi: 769 ́́
Rütübət: 73 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo