Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tarixi məqamları » Türkiyə “Türk Ocaqları” rəhbərliyi və tanınmış Media nümayəndələri ATXƏM-i ziyarət etdilər - 17.03.2012
30.03.12 04:30

Bu gün Azərbaycanda səfərdə olan “Türk Ocaqları” İstanbul təşkilat başkanı dr.Cezmi Bayram, İstanbul Universitetinin prorektoru prof.dr. Əhməd Cavad Acar, Ocağın İdarə Heyəti üzvləri Şərafəddin Yılmaz, Əhməd İyioldu, Bəkir Çelik, KOCAV (Kültür Ocağı Vəqfi) başqanı dr. Ali Ürey, Bağcılar Bələdiyyəsinin başqan müavini Yavuz Subaşı, dos.dr.Üfiq Özcan, dos.dr.Nəsrin Sarıəhmədoğlu, dr.İsmail Türkoğlu, eləcə də tanınmış KİV təmsilçiləri – Seyfullah Türksoy, Həsən Yavaş, Əkrəm Kaftan, Özcan Ünlü, İbrahim Zahit Altay və Xeyrəddin Turan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzini (ATXƏM) ziyarət etdilər.

{img1}{img2}ATXƏM-in sədri İlham ismayılov “Türk Ocaqları”nın yaranmasının 100 illiyi ilə bağlı qonaqları təbrik edərək, Türkiyədə ən uzun ömürlü qeyri-hökumət təşkilatı olan bu təşkilatın Türk dünyası ilə bağlı gördüyü işlərdən danışdı. “Türk Ocaqları”nın Azərbaycanın Dağlıq Qarabağ probleminə hər zaman həssas yanaşdığını qeyd edən İlham ismayılov qeyd etdi ki, türk xalqlarının ortaq problemlərinin həllində Azərbaycan və Türkiyə ictimai birliklərinin bir-biri ilə daha sıx əlaqələr qurmalarına ehtiyac vardır. İlham İsmayılov qonaqlara ATXƏM-in həyata keçirdiyi beynəlxalq layihələrlə bağlı, xüsusilə Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimayyətinə çatdırılması istiqamətində görülən işlərlə bağlı geniş məlumat verərək, gələcəkdə birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd etdi.
Görüşdə İlham İsmayılov “Türk Ocaqları” İstanbul təşkilat başkanı dr. Cezmi Bayrama türk dünyasına göstərdiyi xidmətlərindən dolayı plaket də təqdim etmişdir.
{img3}{img4}Görüşdə “Türk Ocaqları” İstanbul təşkilat başkanı dr. Cezmi Bayram ATXƏM-lə tanışlıqdan məmnun olduğunu bildirirərək, gələcəkdə birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını qeyd etdi.

Daha sonra Azərbaycan ziyalılarının da iştirakı ilə qonaqların şərəfinə “Art Garden”də ziyafət verildi. Tədbirdə Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, millət vəkili Qənirə Paşayeva, Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov və digər rəsmi şəxslər də işirak etmişdir. Tağı Əhmədov çıxışında Azərbaycan və Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsində ictimai təşkilatların əməkdaşlığının olduqca vacib olduğunu qeyd etmişdir.

Tədbir xalq artisti Mələkxanım Əyyubova və ATXƏM-in “Turan” insturumental ansanbılının ifasında gözəl musiqi parçaları və aktyor Mitət Aydının Nəriman Həsənzadənin “Nuru Paşa” poemasının səsləndirilməsi ilə davam etmişdir.


{img5}{img12}{img7}




{img8}{img9}{img10}



{img11}










ATXƏM-in
Mətbuat xidməti

URL / WWW
http://atxem.az/news/a-15129.html