Axtarış: 
Türkiyə "Türk Ocaqları" rəhbərliyi və tanınmış Media nümayəndələri ATXƏM-i ziyarət etdilər - 17.03.2012
+  -  Çap 
Yerləşdirilib: 30.03.12 | Baxılıb: 6236
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Bu gün Azərbaycanda səfərdə olan "Türk Ocaqları" İstanbul təşkilat başkanı dr.Cezmi Bayram, İstanbul Universitetinin prorektoru prof.dr. Əhməd Cavad Acar, Ocağın İdarə Heyəti üzvləri Şərafəddin Yılmaz, Əhməd İyioldu, Bəkir Çelik, KOCAV (Kültür Ocağı Vəqfi) başqanı dr. Ali Ürey, Bağcılar Bələdiyyəsinin başqan müavini Yavuz Subaşı, dos.dr.Üfiq Özcan, dos.dr.Nəsrin Sarıəhmədoğlu, dr.İsmail Türkoğlu, eləcə də tanınmış KİV təmsilçiləri – Seyfullah Türksoy, Həsən Yavaş, Əkrəm Kaftan, Özcan Ünlü, İbrahim Zahit Altay və Xeyrəddin Turan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzini (ATXƏM) ziyarət etdilər.

ATXƏM-in sədri İlham ismayılov "Türk Ocaqları"nın yaranmasının 100 illiyi ilə bağlı qonaqları təbrik edərək, Türkiyədə ən uzun ömürlü qeyri-hökumət təşkilatı olan bu təşkilatın Türk dünyası ilə bağlı gördüyü işlərdən danışdı. "Türk Ocaqları"nın Azərbaycanın Dağlıq Qarabağ probleminə hər zaman həssas yanaşdığını qeyd edən İlham ismayılov qeyd etdi ki, türk xalqlarının ortaq problemlərinin həllində Azərbaycan və Türkiyə ictimai birliklərinin bir-biri ilə daha sıx əlaqələr qurmalarına ehtiyac vardır. İlham İsmayılov qonaqlara ATXƏM-in həyata keçirdiyi beynəlxalq layihələrlə bağlı, xüsusilə Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimayyətinə çatdırılması istiqamətində görülən işlərlə bağlı geniş məlumat verərək, gələcəkdə birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd etdi.
Görüşdə İlham İsmayılov "Türk Ocaqları" İstanbul təşkilat başkanı dr. Cezmi Bayrama türk dünyasına göstərdiyi xidmətlərindən dolayı plaket də təqdim etmişdir.
Görüşdə "Türk Ocaqları" İstanbul təşkilat başkanı dr. Cezmi Bayram ATXƏM-lə tanışlıqdan məmnun olduğunu bildirirərək, gələcəkdə birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını qeyd etdi.

Daha sonra Azərbaycan ziyalılarının da iştirakı ilə qonaqların şərəfinə "Art Garden"də ziyafət verildi. Tədbirdə Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, millət vəkili Qənirə Paşayeva, Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov və digər rəsmi şəxslər də işirak etmişdir. Tağı Əhmədov çıxışında Azərbaycan və Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsində ictimai təşkilatların əməkdaşlığının olduqca vacib olduğunu qeyd etmişdir.

Tədbir xalq artisti Mələkxanım Əyyubova və ATXƏM-in "Turan" insturumental ansanbılının ifasında gözəl musiqi parçaları və aktyor Mitət Aydının Nəriman Həsənzadənin "Nuru Paşa" poemasının səsləndirilməsi ilə davam etmişdir.






















ATXƏM-in
Mətbuat xidməti


VIDEO
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
 
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində
 
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə Buğday Xatun Türbəsini və digər müqəddəs yerləri ziyarət etmişlər - 09.12.2025
 
İraq Türkman Tayfaları və Görkəmliləri Məclisi - 09.12.2025
 
Iraqda silsilə tədbirlər keçirilmişdir  - 08.12.2025
 
Forum Türk dünyasının vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirəcək - 24.11.2025
 
Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur - 23.11.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Yan.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Gecə: +7.. +9dumanlı yağmursuz
Səhər: +6.. +8dumanlı yağmursuz
Gündüz: +6.. +8dumanlı yağmursuz
Axşam: +5.. +7dumanlı yağmursuz
Atm. təziyi: 757 μμ
Rütübət: 80 %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo