Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Əlaqələr, rəsmi xronika » Bakıda Qazaxıstan Kinosu Günləri keçiriləcək
30.03.12 16:09

Bakıda Qazaxıstan Kinosu Günləri keçiriləcək. ANS PRESS-in Mədəniyyət və Turizm Naziriyinə istinadən verdiyi məlumata görə, filmlər martın 29, 30-da və aprelin 1-də saat 19.00-da Nizami Kino Mərkəzində nümayiş ediləcək.Qazaxıstan Kinosu Günləri Azərbaycan - Qazaxıstan mədəni əlaqələrini möhkəmləndirmək və tamaşaçılarımızı qazax kinosunun nümunələri ilə tanış etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi Qazaxıstanın Azərbaycandakı Səfirliyi ilə birgə həyata keçirilir.
Proqrama 3 bədii film daxil edilib. Kino Günlərinin açılışında tamaşaçılara rejissor Rüstəm Abdraşevin “Uşaqlığımın səması” filmi göstəriləcək. Martın 30-da Sultan-Ahməd Xodjikovun “Kız jibek”, aprelin 1-də isə Slambek Tayekelin “Jeruyık” filmləri nümayiş
olunacaq.
URL / WWW
http://atxem.az/news/a-15156.html